“Azərbaycanın 1600-ə yaxın məscidində kim istəyir axundluq edir”

“Azərbaycanın 1600-ə yaxın məscidində kim istəyir axundluq edir”
20:12 5 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Allahşükür Paşazadənin iştirakı ilə BAYRAM NAMAZI - FOTOLAR (26 İyun 2017 11:43)
Bayram namazı qılındı (26 İyun 2017 09:44)

Milli.Az report.az-a istinadən Qafqaz Müsəlmanları İdarəsi(QMİ) sədrinin müavini, Bakı İslam Universitetinin rektoru, "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənlinin müsahibəsini təqdim edir:

- Sabir müəllim, hazırda islam dünyası ilə bağlı baş verənlər barəsində nə deyə bilərsiniz?

- ABŞ başda olmaqla bir çox dövlətlərin dostu yoxdur. Dost yoxdursa, həmin ölkənin gedib başqa torpaqlarda dostluq, əməkdaşlıq, demokratiyanı müdafiə adına xeyirxah iş görməsinə inanmıram. Bu təcrübələr artıq Əfqanistan hadisələrində özünü göstərmişdi. Əvvəl ora amerikalılar girmək istəyirdi, alınmadı. Sovet qoşunları girdi və böyük fəlakətlər baş verdi. Vaxtilə Azərbaycanda mərkəzi komitənin ikinci katibi işləyən Polyaniçko Moskvanın təklifi ilə Əfqanıstanda sovet qoşunlarının bir qısminə rəhbərlik edirdi. Polyaniçkonun göstərişi ilə elə kəndlər var idi ki, üzərindən nefti tökürdülər və kəndə od vururdular. Toyuq cücəsindən tutmuş uşaqlarına, ağsaqqalına qədər bütün kənd əhalisi yanırdı. Hər hansı bir əfqanıstanlıdan Polyaniçkonun kim olduğunu soruşsaydın. Bir nömrəli düşməni olduğunu deyərdi. Çünki Əfqanıstanın yarısına od vuran Polyaniçko idi. Amma sonda da öldürüldü ki, bu da haqlı cəza idi. ABŞ başda olmaqla digər ölkələrin İraqa soxulmasında hədəf İraq neftini ələ keçirmək idi və buna da nail oldular. 42 ildən yuxarı Liviyada hakimiyyətdə olan Qəddafinin qorxusundan ABŞ donanması Liviya sərhədlərinə belə yaxın düşə bilmirdi. O, çox özünəməxsus xüsusiyyətləri olan bir adam idi. Liviya əhalisinin da xoxbəxtliyinin bir vaxtı vardı. İndi Liviyada İŞİD-dən tutmuş istənilən qüvvə hakimiyyət tələb edir və ərazini bölməyə çalışırlar.

Tunisdə çoxlu qan axıtdılar. Misir sakit bir ölkə idi və yeri gələndə biz tələbələrimizi oranın universitetlərində təkmilləşdirməyə göndərirdik. İndi bunu etmək mümkün deyi. Suriyaya göndərirdik. Bu ölkələrin hamısı alt-üst oldu.

Növbə Türkiyənin idi. Çünki Türkiyə bölgədə hegomon bir dövlətə çevrilmişdi. Buna Türkiyənin haqqı da var idi. Çünki Türkiyə yaxın şərq üçün böyük mədəniyyət gətirmiş Osmanlının varisidir.

Bir misal çəkim. Hər il Həcc ziyarətinə milyonlarla insan gedir. Hər bir insan Minada qurban kəsir. Mən şahid olurdum ki, orada heyvan cəsədlərini necə toplayırdılar və qumların altında quyu qazıb basdırırdılar. Türkiyə keçən əsrin sonlarında ağıllı təklif etdi. Dedi ki, gələcəkdə heyvanların basdırıldığı yerdə mikroblar əmələ gələ bilər. İcazə verin biz qəssablarımızı göndərək, heyvanlar soyulsun və soyuducu təyyarələrlə ehtiyacı olan müsəlman ölkələrinə paylanılsın. Yəni, yeri gələndə islam dünyasında müsbət dəyişiklikləri hər zaman türklər ediblər. Hər zaman türklər bu məsələdə öndə olub. Nə üçün Türkiyə hədəfə çevrildi? Nə İsrail, nə də ABŞ Türkiyəni bağışlaya bilmirlər. Çünki Türkiyə günbəgün nüfuz sahibinə çevrilirdi.

- İŞİD-in tərkibində azərbaycanlılar da vuruşur...

- İŞİD Avropanın yaratdığı layihədir. İŞİD-in milli tərkibində ingilis, fransız, norveçli də vuruşur. Təəssüflər olsun ki, Azərbaycandan gedənlər də var. Yaxşı ki, hüquq-mühafizə orqanları onlar haqqında ölçü götürür. "Allah yolunda cihad", deyib gedirlər. Öncə Vətən anlayışını unutmaq olmaz. Həzrəti peyğəmbər (s.ə.s.) buyurub ki, vətəni sevmək imandandır. Əgər sən cihad istəyirsənsə işğal olunmuş torpaqlarımız var. Gedib qanınızı öz torpaqlarımızda tökün. Oraya ailəsi ilə birlikdə gedənlər var. Həyat yoldaşlarını da aparırlar. Onlar vəfat edirlər və xanımlar geri qayıda bilmirlər. O xanımı məcbur edirlər ki, İŞİD əsgərlərinə müxtəlif növ xidmət göstərsin. Ən biabırçı tərəfi budur.

İŞİD əsgərlərinin başkəsmə mərasimlərini göstərirlər. Başkəsənlər ərəbcə müəyyən danışıq sözlərini öyrəniblər. "Allahu-əkbər" deyə bilirlər, amma ingilisdirlər. Qəribədir ki, öldürülən də ölən də "Allahu-əkbər" deyir. Amma fərq ondadır ki, ölən müsəlmandır. Öldürən isə ya ingilis, fransız və ya norveçlidir. Ödənilən yaxşı pulun hesabına Avropa ölkələrindən gəlib orda baş kəsirlər.

İŞİD Türkiyənin hüdudlarından çox içərilərinə daxil olub. Kürdlər əsrlər boyu Türkiyə ərazisində yaşayıblar və heç bir iddiada da olmayıblar. Çox zəhmətkeş bir xalqdır. Amma onları kənardan qızışdıranlar var. Türkiyəni çalxalayıb çöktürmək istəyənlər var. Türkiyədən sonra növbə kimindir? Təbii ki, Azərbaycanındır. Azərbaycnda Nardaran hadisələri elə-belə baş vermədi. Xarici qüvvələrin təsirinin nəticəsi idi. Eləcə də Gəncədə, Lənkəranda, Neftçalada baş verənlər. Azərbaycanın rayonlarında, eləcə də Bakı ətrafında bu hadisələrin baş qaldırması bir mesajdır. Yeri gəlsə qərbin, yeri gəlsə şimalın mesajıdır.

Xatırlayırsınza, Zaqatala meşələrində, Azərbaycanın cənubunda Talış-Muğan respublikası problemi və s. kimi iğtişaşlar yaşandı. Azərbaycan xalqı bu fəsadlara getməz . Dünyanın ən sakit, mehriban xalqıyıq. Bu xalqın içində işləyənlər var. Xalqı öz yolundan saptırmağa çalışanlar var. Əminəm ki, buna nail olmayacaqlar. Hazırda Nardaran hadisələrini dinlə, imam Hüseynlə bağlayırlar. İmama hörmət etmək lazımdır. Azərbaycan həmişə imam Hüseynə çox böyük hörmətlə yanaşıb. Naxçıvan bölgəsindənəm. Hər zaman da imam Hüseyn təziyələri çox böyük təntənə ilə keçirilib. Həmin mərasimlərdə kiməsə bir zərər dəyməyib. Amma bu gün imam Hüseynin bu mərasimindən istifadə edən xarici qüvvələr var.

- Dinlə bağlı ziddiyyətli fikirlərin ortaya çıxmasının səbəbi nədir?

- Xəbərləri izləyirəm, yazılanları oxuyuram. Hamı maarifçilkdən danışır. Amma mən deyərdim ki, bu gün Azərbaycan ziyalılarının bir qisminin özünün dini maarifçiliyə böyük ehtiyacı var. Çoxlarımız sovet dövründə oxumuş, sovet dövründən qalan insanlarıq. Bir çoxumuzun beynindən hələ də ateist düşüncələr keçməyib. Dindən danışanda yanlışlıqlara yol veririk. Həzrəti peyğəmbər haqqında hədislər söyləyirlər ki, heç bir mənbəyi yoxdur. Nəticədə ziddiyyətli düşüncələrin ortaya çıxması üçün şərait yaranır. Bu cür olmaz. Azərbaycan ziyalısı dini, islamı öyrənməlidir. Digər dinləri də öyrənməlidir. Azərbaycanda üç əsas inanc mənbəyi var: İslam, xristianlıq və yəhudilik. Bu gün Azərbaycan əhalisi bu dinləri də öyrənməlidir, əlaqələri yaratmaq lazımdır. Cənab prezident başda olmaqla Azərbaycanda dini missiyaların tolerant üslubuna çox böyük dəyər verilir. Tolerantlıq, multikulturalizmlə bağlı konfranslarda dövlət başçısının çıxış etməsi bu məsələyə önəm verilməsinin göstəricidir. Çoxları deyirlər ki, Azərbaycanda din dövlətdən ayrıdır. Amma dindar dövlətdən ayrı deyil. Biz vətəndaşıq və əməyimiz ölkə başçısı tərəfindən daim qiymətləndirilir. Çünki ölkənin yürütdüyü siyasətdə biz də iştirak edirik.

- Savadlı dindar olmaq üçün yaxşı təhsil lazımdır. Bakı İslam Universiteti tələbatı ödəyə bilirmi?

- 2009-cu ildə Bakı İslam Universitetinə lisenziya verilib. Lisenziyanın verilməsi çox faydalıdır ona görə ki, biz dövlət tərəfindən tanınırıq. Digər tərəfdən, buranı bitirən tələbələrə dövlət diplomu verilir və onların işə düzəlməsi rahat olur.

Bizə gələn tələbələr qabiliyyət imtahanından keçirlər və sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verirlər. Təəssüf doğuran məqam odur ki, bəzən qabiliyyət imtahanından keçən, bizə gərəkli olan abituriyent test imtahanından keçə bilmir. Bizdə keçid balı 100-dür. Məsələn, keçən il Quranı əzbər bilən bir oğlumuz 99 bal yığdığına görə keçə bilmədi. Bu da bizə xeyir etmir. Ona görə fikirləşirəm ki, bəlkə də bizim sahə yeni yaradılan beşinci qrupa keçməlidir. Bizə qabiliyyət imtahanı verə bilən uşaqlar lazımdır. Özü də daha çox oğlanlar. 25-30 faiz qızımız olsa, kifayət edir. 70-80 faiz oğlan uşaqları lazımdır ki, biz onları məscidlərimizə axund və ya imam göndərə bilək. 2100-ə yaxın məscidimiz var. Bu 2100 məsciddən cəmi 500-nü axundla, imamla təmin edə bilmişik. Yerdə qalan məscidlər imam və axund gözləyir. Lisenziyadan əvvəl biz 150-160 nəfər seçilmiş uşaqlar götürürdük. Onların böyük əksəriyyəti bu gün məscidlərimizdə axund və imamdırlar. Bir çox məscidlərdə həm axund var, həm imam var. Çünki həm sünni, həm şiə məzhəbindən olan insanlar namaz qılmağa gəlir.

Digər 1600-ə yaxın məsciddə isə kim istəyir gəlir axundluq da edir, namaz da qıldırır. Belə olanda isə Azərbaycana gələn qeyri-ənənəvi məzhəblər bundan istifadə edirlər. Mən istəyirəm universitetə qəbul çox olsun ki, yerdə qalan məscidləri təmin edə bilək. Universitetin 26 illik tarixi var. Əgər 26 ilə 500 məscidi təmin etmişiksə, demək 1600 məscidi ən azı 90 ilə təmin edə bilərik. Bu da Azərbaycanın xeyrinə deyil.

Hər il 100 yer ayrılır. Ayrılan normadan balı toplaya bilmədikləri üçün 20-25 yerimiz boş qalır ki, bu da itkidir. Kaş ki, qabiliyyət imtahanından keçən uşaqlar hər hansı bir güzəştlə bura daxil olardılar. Bizə qəbul şərtində riyaziyyat, ingilis dili də var. Ola bilər ki, abituriyent həmin fənləri yaxşı oxumadığı üçün qiymət ala bilmir, amma imanlı gəncdir.

Bəzən bal toplayıb gələn uşaq Allahın nə, peyğəmbərin kim olduğunu bilmir. Biz yarım il tələbələrə o məsələləri öyədirik ki, bu da çətindir. Əvvəl təhsil 5 il idi, indi 4 ildir. Bu müddətin yarım ilini də biz tələbələrə iman öyrədirik. Mən bu fikirdəyəm ki, dini təhsil almaq üçün 5 il də azdır. Ən azı 7 il olmalıdır. Şeyximiz də, mən və bu gün üzdə olan ilahiyyatçıların hamısı Daşkənd Universitetinin yetirmələriyik. 7 il Buxarada təhsil alırdılar. 4 il də Daşkənddə oxumaq lazım idi. Ondan sonra gəlib burada icmalara rəhbərlik etmək, minbərə çıxmaq olardı.

Bəs indi niyə bizdə 4 il? 4 il yarımçıq təhsildir. Bəzən deyirlər ki, universitet pulludur, ona görə gələn azdır. Amma gələn yox, testdən keçən azdır. Universitetin pullu olmasını mən də istəmirəm. Əvvəl pulsuz idi. Mənim o zaman qəbul etdiyim tələbələrdən biri indi şeyxülislamın müavinidir. Digərləri QMİ-də çalışır, böyük məscidlərin imamıdır və s.

Əgər dövlət yardımı olsa, bizim dilimiz bir az uzun olur. Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüslərini alqışlayıram, bu məsələdə bizim fikirlərimiz üst-üstə üşür. Mənə elə gəlir ki, buna nail olacağıq. Müharibə əlillərinin uşaqlarının təhsil haqqını dövlət ödəyir. Qəbul etdiyimiz tələblərin bir qismini Zaqatala filialına göndəririk. Orada yaxşı yataqxanaları var, gündə üç dəfə yeməklə təmin olunurlar. Bakıda o şəraitimiz yoxdur.

- Bu gün "Azərbaycanda yaxşı ilahiyyatçı çatışımır" deyə bilərikmi?

- Bizim yaxşı təhsil almış ilahiyyatçılara ehtiyacımız çoxdur. İlk növbədə ən azı 1600 nəfər şiə, 1600 nəfər sünni tələbəmizə ehtiyac var. Amma bu gedişlə çətindir. Mənim indiyə kimi xarici ölkələrdə 450 tələbəm oxuyub. Liviyada, Suriyada, Pakistanda təhsil alıblar. Pakistanda təhsil alan tələbəmiz Azərbaycanın Litvadakı səfiridir. Malayziyada Beynəlxalq İslam Universitetində oxuyan tələbələrimiz var ki, indi konsul kimi çalışırlar. Onların bir sıra üstünlükləri var. Ərəb dilini yaxşı səviyyədə ərəbin içində yaşamadan öyrənmək mümkün deyil. Ona görə beynəlxalq təhsil bizə lazımdır. Amma hələlik islam dünyası çalxalanır. Elə ölkə var ki, mən ora tələbə göndərmərəm. Çünki həmin ölkələrdən radikallar gəlir. Onu da qeyd edim ki, islam dünyasında qadın nə imam, nə də axund vəzifəsinə getmir. Onlar elmi işlərə gedirlər. Əlyazmalar İnstituna və s. yerlərə. Çoxları bitirdikdən sonra ailə qururlar. Sağlam bir ailə sahibi olurlar ki, bu da böyük şərtdir.

- Bəzən məscidlərdə sünni və şiə məzhəblərindən olan insanlar arasında xoşagəlməz hallar yaşanır. Bu cür problemlərin böyüməməsi üçün hansı addımlar atılmalıdır?

- Bu gün Azərbaycanda həm sünnilər, həm şiələr yaşayırlar. Müştərək ailələr qururlar. Azərbaycanda islamın ilk dövrlərindən bu günə kimi hər iki məzhəbin nümayəndələri yaşayıblar. Bizim xalqımız həddən artıq yumşaq təbiətli olduğu üçün məzhəblər arasında ixtilaf baş verməyib. Azərbaycan bu məsələdə tarixinə və bu gününə görə üzüaçıqdır. İdarənin özündə də həm şiə məzhəbinin rəhbəri şeyxülislam var, həm də sünni məzhəbinə rəhbərlik edən müfti var. Bu mənada, Azərbaycanda təqiqət mövzusunda kim nəyəsə iddia etsə, haqsız olar. Sünnülər və şiələr arasında qarşılıqlı əlaqələr hər sahədə olub. Son 20 ildir bu söz-söhbət ortaya düşüb. 10 illərlə bu idarədə çalışmışam sünni-şiə söhbətinə rast gəlməmişəm. Bizim bütün məscidlərimizdə həm şiələr, həm də sünnilər eyni vaxtda ibadət ediblər. Bu gün də bu proses davam edir.

- Dini rəmzlərdən istifadə məsələsinə necə baxırsınız?

- İnsanların dini rəmzləri evində asması onun şəxsi işidir. Amma küçəyə çıxanda bayrağı qaldırıb ictimailəşdirəndə dövlət, hüquq-mühafizə orqanları onlara münasibətini bildirməlidir. Məscidlərdə imam Hüseynlə bağlı matəm günlərində bayraq asıla bilər. Hətta sovet dövründə də bu olub. Qara bayraq İmam Hüseyn müsibətinin rəmzi kimi asılır. Ona gərək həqarət edilməsin. İmam Hüseyni məzhəbə bağlamaq da doğru deyil. O, həm sünnilərin, həm şiələrindir. Peyğəmbərin nəvəsidir, balasının balasıdır. Amma hər bir məsələdə ifrata yol vermək olmaz.

- Sizcə, orta məktəblərdə dinlə bağlı dərslərin keçirilməsinə ehtiyac çoxdurmu?

- "Qurani-kərim"in bütün ayələri elmlə bağlıdır. Ayələri elmlə əlaqələndib şərh verəndə, elmlə bağlılığını ortaya qoyanda qarşıdakı alim "əhsən" deyir. Babam deyərdi ki, Quranı bilmək üçün gərək 24 elmdən xəbərin olsun. Yaxşı mollanın psixologiyadan xəbəri olmalıdır. Hansı məclisdə hansı söhbəti edə biləcəyini bilməlidir.

Bizdə 10-dan çox fənn tədris olunur. Məzunlarımız hazırlıqlı olmalıdır ki, sabah alimlərin, professorların oturduğu məclisdə söz demək qabiliyyətləri olsun. Dinlə bağlı maariflənməyə isə orta məktəbdən başlamaq lazımdır. Bu, 40 yaşından sonra olmur. "Həyat bilgisi" fənni səthi təsəvvür verir. Rusiyada Putin 19 əyalətdə eksperiment kimi dini dərslər verilməsinə icazə verib. Biz də Bakı şəhərinin 5 məktəbində eksperiment apara bilərik. Universiteti biritən çox açıqgörüşlü məzunlarımız var. O uşaqlar məktəblərdə dərs deyə bilərlər. Ölkədə savadlı dini mühit yaratmaq üçün gərək savadlı kadrların olsun. Bu gün dinlə bağlı bir çox problemlər bu sahədəki boşluqdan qaynaqlanır. Amma dini boşluğu nə ilə və neçə ilə dolduracağıq?

Sovet dövrü 17 məscid, indi 2100 məscid var. Biz yetərli sayda savadlı din xadimlərinin yetişdirilməsi məsələsində çox gecikirik...

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Avtovağzalda RƏZALƏT: pul üçün min oyundan ÇIXDILAR - REPORTAJ/FOTO

26 İyun 2017 13:13

KİV: Tramp ABŞ-ın energetika sahəsində dünya liderinə çevrilməsi üçün planlarını açıqlayacaq

26 İyun 2017 13:12

Taliban su anbarına hücum etdi: 10 polis öldürüldü

26 İyun 2017 13:12

Sabah 38 dərəcə isti olacaq

26 İyun 2017 13:11

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26 İyun 2017 13:07

Premyer Liqada böyük transfer: Ver Serxionu, al Aleksi

26 İyun 2017 13:07

Millimizin futbolçusunun baş məşqçisi erməni oldu

26 İyun 2017 13:05

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:05

Havalar kəskin isinir

26 İyun 2017 13:04

Bayram günü ACI XƏBƏR GƏLDİ - 1 şəhid, 1 yaralı

26 İyun 2017 13:03

"Formula 1"-lə əlaqədar bağlanan küçələri bu axşam açılır

26 İyun 2017 12:59

Özbəkistan uçot dərəcəsini 9%-dən 14%-ə qaldırıb

26 İyun 2017 12:52

Rusiyalı cazibədar model Bakı bulvarında - FOTO

26 İyun 2017 12:52

Ölkə çempionatının ən seksual voleybolçusu seçildi - FOTOSESSİYA

26 İyun 2017 12:49

Telefondan narkotik vasitə çıxdı

26 İyun 2017 12:45

Model qızın ölümündə günahlandırılan həkim haqqında İLGİNC FAKTLAR - FOTO

26 İyun 2017 12:42

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

26 İyun 2017 12:39

Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan marafon keçirilib

26 İyun 2017 12:37

"Yol terroru" iki gündə beş can aldı

26 İyun 2017 12:36

Ermənistanın dövlət büdcəsinin kəsiri 5,5 faizədək artıb

26 İyun 2017 12:36

Avtomobil ana və qızını vurdu

26 İyun 2017 12:36

Sabah hava NECƏ OLACAQ?

26 İyun 2017 12:28

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

26 İyun 2017 12:27

Qubada iki avtomobil toqquşub, ölən və xəsarət alan var

26 İyun 2017 12:22

Gənc qadın dərmandan zəhərləndi

26 İyun 2017 12:22

Sabah 38 dərəcəyə qədər isti olacaq

26 İyun 2017 12:22

Bakıda 22 yaşlı model əməliyyat zamanı öldü

26 İyun 2017 12:22

Ana-bala qəzaya düşüb: qız öldü

26 İyun 2017 12:19

Trampdan GÖZLƏNİLMƏZ ADDIM: müsəlmanlarla bağlı 20 illik ənənəyə SON QOYDU

26 İyun 2017 12:18

Araz çayında boğulan yeniyetmənin cəsədi sudan çıxarılıb

26 İyun 2017 12:17

Azərbaycan bayrağı ayaqlar altına səriləcək? - FOTO

26 İyun 2017 12:17

Bakı sakinindən tapança götürüldü

26 İyun 2017 12:16

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb (FOTO

26 İyun 2017 12:15

3 gün əvvəl çayda batan 11 yaşlı oğlanın meyiti tapıldı

26 İyun 2017 12:14

İlahi, bu adamların arasında mənim nə işim var?

26 İyun 2017 12:12

“Qarabağ” doqquzuncu günü tamamladı...

26 İyun 2017 12:11

“Supermodel Azerbaijan” beynəlxalq müsabiqəsinə sənəd qəbulu başlandı

26 İyun 2017 12:09

Bakıda əvvəllər məhkum olunan şəxsdən tapança götürülüb

26 İyun 2017 12:07

Mourinyoya ağır itki

26 İyun 2017 12:05

Həyat yoldaşı aparacı Turandan elə SÖZLƏR YAZDI Kİ... - FOTO

26 İyun 2017 12:03

Bakı sakinindən tapança götürülüb

26 İyun 2017 12:01

Bakıda hərbi orkestrlərin çıxış edəcəkləri yerlər açıqlanıb

26 İyun 2017 11:57

Bakıda tanışını bıçaqla qətlə yetirən şəxs tutulub

26 İyun 2017 11:57

İzmirdə bir ayda 2-ci zəlzələ

26 İyun 2017 11:57

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağırdır

26 İyun 2017 11:53

Qubada avtomobil ana və qızını vurub, onlardan biri ölüb

26 İyun 2017 11:52

15 il, 11 turnir, 10 yarımfinal

26 İyun 2017 11:52

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 11:50

A-Qroup-dan bütün hərbçilərə endirim

26 İyun 2017 11:50

DİM-dən bayram XƏBƏRDARLIĞI

26 İyun 2017 11:48