Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Xəzər Lənkəran"da 6 yeni futbolçu

"Xəzər Lənkəran"da 6 yeni futbolçu

Date: 5 December 2015 20:17

Azərbaycan Kubokunun 1/8 final mərhələsində Gəncənin “Kəpəz”i minimal hesabla yenərək növbəti mərhələyə yüksələn "Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir. 


Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" "Qəbələ" ilə ev oyununa ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. 


Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib. Sabahkı görüşdə akademiyanın bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir.


Fanat.az


Tags:  Xəzər Lənkəranda yeni futbolçu

RƏYLƏR


Top news