ADU-da “Ətraf mühit və onun mühafizəsi” mövzusunda tədbir keçirilib

ADU-da “Ətraf mühit və onun mühafizəsi” mövzusunda tədbir keçirilib
20:23 5 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
Dekabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Almaniyanın Xaricdə Məktəblərlə Əməkdaşlıq Mərkəzinin (ZfA) “Kinder-Uni Bakı” layihəsinə əsasən ADU, Bakı Slavyan Universiteti və ZfA-nın birgə əməkdaşlığı çərçivəsində “Ətraf mühit və onun mühafizəsi” mövzusunda tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov universitetdə tədris prosesi, tədqiqat işləri, alman oxu zalı və Avstriya Mübadilə Xidmətinin uğurlu fəaliyyəti barədə danışıb.
ZfA-nın müşaviri, metodist-mütəxəssisi Aleksander Eşer layihə haqqında məlumat verib. Bildirilib ki, bu layihə şagirdləri elm və araşdırma mövzularına ruhlandırmaq, universitet həyatı ilə tanış etmək məqsədi daşıyır.
Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel bu layihə vasitəsilə elm sahəsində yeni nəticələr əldə ediləcəyinə əminliyini bildirib.
Tədbir çərçivəsində bir sıra eksperimentlər aparılıb. 






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_Atraf_muhit_ve_onun_muhafizesi_movzusunda_tedbir_kechirilib-908686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR