Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib

20:38 5 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında Qanun”a görə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Qanuna əsasən, aşağıdakı məlumatların yayılmasına yol verilmir:
• Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
• Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
• Dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
• Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.
Kütləvi informasiya vasitələrinin işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_ekstremizm_eleyhine_xususi_emeliyyatlara_dair_ictimaiyyete_melumat_verilmesi_qaydalari_mueyyenlesdirilib-908694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR