Bəzi qüvvələrin Azərbaycanda dini ekstremizmi yaymaq cəhdləri heç bir nəticə verməyəcək

Bəzi qüvvələrin Azərbaycanda dini ekstremizmi yaymaq cəhdləri heç bir nəticə verməyəcək
21:33 5 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsinə çevrilib. Sürətlə inkişaf edən ölkəmizdə dini mühitə təsir edəcək hər hansı qarşıdurmalar, ixtilaflar siyasi sabitliyin pozulmasına yönəlmiş xəyanətkar addımdır. Belə təhrikedici hərəkətlərin qarşısı Azərbaycan xalqı və dövləti tərəfindən qətiyyətlə alınacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 5-də Sabunçu Rayon İcra Hakimiyyəti Aparatı və icra strukturları əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon ağsaqqallarının, din xadimlərinin iştirakı ilə keçirilən görüşdə səsləndirilib.
Görüşdə bildirilib ki, Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Prezident İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət yürüdür, dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal iş aparır.
Qeyd edilib ki, Nardaran qəsəbəsində “Müsəlman birliyi” adı altında ekstremist əməllər törədən bir qrup şəxsin insanlarda qorxu yaratmaqla din pərdəsi altında çirkin əməllər həyata keçirmək istəkləri alt-üst oldu. Çünki xalqın öz dövlətinə olan inamı bu cür cinayətkar əməllərə heç cür rəvac verə bilməz.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ölkəmizdə mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dini tolerantlıq və mədəni müxtəlifliyin qorunması sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Qeyd edib ki, tolerantlığı ilə bütün dünyaya örnək olan Azərbaycanda ayrı-ayrı millətlərin və dini konfessiyaların əmin-amanlıq içərisində yaşaması üçün hər cür şərait yaradılıb. Ölkəmizdəki tolerantlıq ənənələrini, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri yolverilməzdir.
Görüşdə çıxış edən ziyalılar, gənclər, müxtəlif təşkilatların nümayəndələri, din xadimləri deyiblər ki, Nardaranda baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Bu, ancaq vətənini, millətini və dinini sevməyən, subyektiv maraqları üçün xarici havadarlarının göstərişləri ilə hərəkət edən insanların təxribatıdır. Cəhalət və nadanlığa aparan bu cür hərəkətlərin baş verməsində bəzi xarici dairələrin rolu var. Çünki Azərbaycanın inkişafını, parlaq gələcəyini gözü götürməyən qüvvələr mövcuddur. Onların bu cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycanda dini ekstremizmi, radikalizmi yaymaq mümkün olmayacaq. Biz həmin qüvvələrə qarşı daim mübarizə aparacağıq. Onların təsiri altına düşənlərə isə aramızda yer yoxdur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bezi_quvvelerin_Azerbaycanda_dini_ekstremizmi_yaymaq_cehdleri_hech_bir_netice_vermeyecek-908704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR