"Qəbələ"də ayrılıq

"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brard "qırmızı-qaralar"dan ayrılır.

2016-cı ilin əvvəlindən etibarən Yaponiyanın "Noqoya Qrampus" klubunda idman direktoru kimi fəaliyyətini davam etdirəcək Brardla "Qəbələ" arasındakı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Xatırladaq ki, Stenli Brard 2013-cü ilin aprel ayından "Qəbələ" Futbol Akademiyasına rəhbərlik edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR