Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Respublika gənclər debat forumu-2015: Payız kuboku” layihəsinə yekun vurulub

Date: 5 December 2015 21:38


Bakı, 5 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 5-də “Respublika Gənclər Debat Forumu-2015: Payız Kuboku” layihəsinin yekun mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırılıb.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev debat proqramları çərçivəsində hər il müxtəlif tədbirlərin keçirildiyini bildirib. Nazir müavini gənclərin inkişafında müxtəlif formatlarda təşkil olunan debat yarışlarının əhəmiyyətini xüsusi vurğulayıb. O, belə layihələrin gələcəkdə də reallaşdırılacağına əminliyini ifadə edib.
DVC-nin sədri Seymur Hüseynov “Kənd təsərrüfatı ili” ilə əlaqədar layihə çərçivəsində xüsusilə gənclərin məhz aqrar sahə ilə bağlı araşdırmalar aparmağa istiqamətləndirildiklərini bildirib. Qeyd olunub ki, 16 ali təhsil müəssisəsini təmsil edən 600-dək gəncin qatıldığı layihənin növbəti mərhələsi dekabrın 19-20-də regional forumların qalib komandalarının iştirakı ilə Bakıda keçiriləcək. Payız kubokunun finalında Bakı, Sumqayıt, Gəncə, Şəki, İsmayıllı, Qusar, Lənkəran, Mingəçevir, Şəmkir və Sabirabad rayon və şəhərlərinin təmsilçiləri yarışacaq.
Sonra yekun mərhələyə start verilib.
Bakı Dövlət Universitetinin “Qeyd-şərtsiz” və “KaNNnkret” komandaları arasında keçirilən final yarışında birincilər üstün olaraq “Respublika Gənclər Debat Forumu-2015: Payız Kuboku”nun növbəti mərhələsində iştirak hüququ qazanıblar.

Tags:  Respublika gənclər debat forumu-2015 Payız kuboku layihəsinə yekun vurulub


RƏYLƏR


Top news