Xilas edilmiş neftçilər xəstəxanaya yerləşdirilib

Xilas edilmiş neftçilər xəstəxanaya yerləşdirilib
21:39 5 Dekabr 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 

Bu barədə APA-ya xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev məlumat verib.

 

Baş həkimin sözlərinə görə, artıq 20 nəfər xəstəxanaya yerləşdirilib.

 

"Onların vəziyyəti stabildir və daim nəzarət altındadır" deyə baş həkim bildirib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağında yanğın baş verib. Məlumata görə, yanğın baş verən özüldən 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR