Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cahangir Hacıyevi Kürdəxanı təcridxanasına apardılar

Cahangir Hacıyevi Kürdəxanı təcridxanasına apardılar

Date: 5 December 2015 21:47

Bu gün barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev artıq təcridxanaya köçürülüb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən C.Hacıyev Kürdəxanı 1 saylı İstintaq Təcridxanasına etap olunub.

Daxili İşlər Nazirliyinin mətbuat ximətindən ANS PRESS-ə verilən məlumata görə, C.Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sabiq sədri Cahangir Hacıyev mart ayının 18-də istefa verib. Bununla bağlı bank özü açıqlama yayıb.

Sabiq sədr bundan əvvəl də bir neçə dəfə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. C. Hacıyev ilk dəfə may ayının 20-də Azərbaycanda "Beynəlxalq Bank"a krediti olan bir neçə məşhur iş adamı ilə birgə saxlanılmışdı.

Vəzifəsindən azad edilən Milli Təhlükəsizlik naziri Eldar Mahmodovun qudası - Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə sonuncu dəfə oktyabr ayının 19-da "Bandotdel"-ə çağırılıb.
Cahangir Hacıyev "Bandotdel"ə çağırılsa da həbs edilməyib. O, ancaq ifadə verib.

Beynəlxalq Bankın sabiq rəhbəri "kredit oliqarxları"nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.
Milli.Az


Tags:  Cahangir Hacıyevi Kürdəxanı təcridxanasına apardılar


RƏYLƏR


Top news