Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mərkəzi Neftçilər Xəstəxanası: 23 nəfər evə buraxılıb, 7 nəfər stasionar müalicə alır

Mərkəzi Neftçilər Xəstəxanası: 23 nəfər evə buraxılıb, 7 nəfər stasionar müalicə alır

Date: 5 December 2015 21:48

Bakı. İlhamə İsabalayeva - Trend:

"Günəşli" dəniz yatağında baş vermiş yanğın nəticəsində xəsarət alanlar şəxslərdən yalnız 7-si stasionar şəraitdə müalicə olunur.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının yəcili yardım şöbəsinin müdiri Raud Əsədov deyib.

Onun sözlərinə görə, xəstəxanaya ümumilikdə 32 xəstə yerləşdirilib. Onların 25-nə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qalan 7 nəfər isə hazırda stasionar şəraitdə müalicə olunur. Onlardan 1-i qadın, 6-sı kişidir. R.Əsədov deyib ki, xəstələrin heç birinin vəziyyəti ağır deyil.

Xatırladaq ki, ötən gün axşam saatlarında “Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradıb. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Mərkəzi Neftçilər Xəstəxanası 23 nəfər evə buraxılıb nəfər stasionar müalicə alır

RƏYLƏR


Top news