“Günəşli” yatağındakı qəza ilə bağlı rəsmi açıqlama

“Günəşli” yatağındakı qəza ilə bağlı rəsmi  açıqlama
22:01 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağında yeni quyu qazılır (25 Aprel 2017 16:41)
“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)

“Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayıblar.

Axşam.az məlumatı olduğu kimi təqdim edir:

"Respublikamızda hava şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni istiqamətdə ara verməyən külək daha da güclənmiş, dalğaların hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “Azal” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyyə edərək həmin gəmiyə götürüblər.

Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb. Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş insanların axtarışı akvatoriyada olan SOCAR və “BP” şirkətlərinin, FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN helikopterləri vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən, təqribən, 50 km cənubda içərisi boş qayıq müəyyən edilmiş, bununla bağlı Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər məlumatlandırılıblar. SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hadisənin baş vermə səbəbləri, vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, eyni zamanda zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə təyin olunmuşdur. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilir.

Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim olunacaq".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda tükürpədən qəza - Maşın piyadanın üzərindən keçdi

29 Aprel 2017 07:58

"Barselona" və "Real"ın keçmiş ulduz futbolçuları üz-üzə gəlib

29 Aprel 2017 07:57

Bu sintezator istənilən səsi kopyalayır

29 Aprel 2017 07:57

Filippində zəlzələdən sonra sunami təhlükəsi elan olunub - YENİLƏNİB

29 Aprel 2017 07:52

Google rəyləri tərcümə edəcək

29 Aprel 2017 07:42

Yeni Core M3 prosessoru təqdim olundu

29 Aprel 2017 07:37

Bakıda polis maşını qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 07:37

Braziliyada memar evi - FOTO

29 Aprel 2017 07:32

Millimizin hücumçusu "Jilina"da növbəti qolunu vurdu - VİDEO

29 Aprel 2017 07:28

Bu antivirus Windows-u iflic edir

29 Aprel 2017 07:22

Android smartfonlarının çəkisi artır

29 Aprel 2017 07:12

Latviyanın "Skonto" futbol klubu hərraca çıxarılıb

29 Aprel 2017 07:07

Bağdaddakı partlayışın sifarışçisi məlum oldu

29 Aprel 2017 07:03

Filippində “Əbu Səyyaf”-ın lideri öldürüldü

29 Aprel 2017 06:59

Avstriya prezidentindən islamofobiya ilə mübarizəyə ÇAĞIRIŞ: "Başınızı bağlayın"

29 Aprel 2017 06:43

Bakıda maşın piyadanı vuraraq üzərindən keçib

29 Aprel 2017 06:37

Kolleksiyaçının apartamenti - FOTO

29 Aprel 2017 06:32

"Instagram" istifadəçilərinin sayı 700 milyon nəfərə çatıb

29 Aprel 2017 06:17

Albaniyanın yeni prezidenti bəlli oldu

29 Aprel 2017 05:48

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 05:47

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 05:34

Üç model bir arada - FOTO

29 Aprel 2017 05:32

Məşhur futbolçunun şərəfinə qızıl ayaqqabılar buraxıldı - FOTO

29 Aprel 2017 05:08

Braziliyada etirazçılar prezidentinin evini daşa basdıılar

29 Aprel 2017 04:39

"Şalke" 12 dəqiqəyə 3 qol vuraraq "Bayer"i darmadağın edib

29 Aprel 2017 04:37

Qvadalaharada lüks ev - FOTO

29 Aprel 2017 04:32

Şimali Koreyanın keçirdiyi növbəti raket sınağı uğursuz oldu

29 Aprel 2017 04:28

Qısqanc qadın ona xəyanət edən ərini kişilikdən məhrum etdi - FOTO

29 Aprel 2017 04:05

Monteneqro parlamenti NATO-ya üzvlüyə dair sazişi təsdiq edib

29 Aprel 2017 03:57

Bağdadda partlayış baş verib:

29 Aprel 2017 03:47

Qara şiferli ailə evi - FOTO

29 Aprel 2017 03:32

Liviya sahillərində uzun sürən atışmadan sonra Ukrayna gəmisi ələ keçirilib

29 Aprel 2017 03:27

İmişlidə toydan evə qayıdan piyadanı avtomobil vurdu

29 Aprel 2017 03:23

FIFA prezidentinə qarşı araşdırma başladı

29 Aprel 2017 03:14

Cəmilənin göbəyiaçıq libası: "Əsəbiləşib belə geyindim" - FOTO

29 Aprel 2017 03:05

İranda Messinin oxşarı - FOTOLAR

29 Aprel 2017 02:44

PPX avtomobili qəzaya uğradı - 1 nəfər yaralandı

29 Aprel 2017 02:38

"Calzedonia"nın yeni kolleksiyası - FOTO

29 Aprel 2017 02:32

"Liverpul" müqavilə yenilədi -

29 Aprel 2017 02:25

Bakıda PPX-ya məxsus avtomobil qəzaya uğrayıb, 1 nəfər yaralanıb

29 Aprel 2017 02:07

Bella qəribə libasda alt paltarını göstərdi - FOTO

29 Aprel 2017 02:05

"Quartz": Azərbaycan iqtisadi cəhətdən ən normal ölkədir

29 Aprel 2017 01:58

Şimali Koreya ballistik raketini sınaqdan keçirib

29 Aprel 2017 01:57

Avtobus sürməyə icazəsi yoxdur -

29 Aprel 2017 01:53

Avstriya prezidenti ölkə qadınlarını islamofobiya ilə mübarizə naminə başlarını bağlamağa çağırıb

29 Aprel 2017 01:42

Ledi Qaqa yeni reklamda - FOTO

29 Aprel 2017 01:32

Xəzər dənizinin Azərbaycan hissəsində zəlzələ olub

29 Aprel 2017 01:30

Əməkdar artist xəstəxanaya yerləşdirildi

29 Aprel 2017 01:19

Bakıda məhbus özünü asdı

29 Aprel 2017 01:14

Filippində güclü zəlzələ baş verib

29 Aprel 2017 01:13