Allaha qarşı düşmənçilik edənlər

Allaha qarşı düşmənçilik edənlər
22:17 5 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

Son illərdə sələmə pul vermək, faizçilik ölkəmizdə geniş yayılıb. Əgər məhkəmə statistikasına baxsanız, hər il bu motiv üzrə müxtəlif məhkəmələrdə yüzlərlə cinayət işi açılır. Bu cinayət işinin əksəriyyəti qanla nəticələnmiş olur. Sələmlə ailələr dağılır, nəsillər arasına düşmənçilik düşür. 

Sələmçilik, faizlə pul vermək günahdır, haramdır, insanlığa zidd olan əməldir, ən başlıcası isə Allah-Təalanın sevmədiyi işdir... Hökm Allahındır, Allah-Təala bu işi haram buyurub. Bəndənin "niyə?" soruşmağa haqqı yoxdur. Necə ki, Allah-Təala bizlərə namaz qılmağı, oruc tutmağı, imkansızlara yardım etməyi əmr edib, eləcə də sələmdən, faizçilikdən uzaq durmağı buyurub, həm də şiddətlə buyurub, nəticəsinin çox ağır olacağını bildirərək haram buyurub. Sələmçilik baş kəsməkdir, qan içməkdir, kiminsə düşdüyü aciz vəziyyətdən istifadə edib onun hər şeyini əlindən almaqdır. Sələmçilik kəmfürsətlikdir, yardım etmək yerinə xəyanət etməkdir, yıxılmışı tapdalamaqdır, məsum körpələrin haqqını yeməkdir, vəhşilikdir...

Təsəvvür edin ki, qəfil birinin övladı xəstələnir, ya nəsə başına ağır bir iş gəlir. Təcili pul tapmaq üçün ora-bura çırpınır və məcbur olub sələmçinin üstünə gəlir. Sələmçi də faizini üstünə qoyur, aybaay alacağını irəlicədən deyir və pul verir. Pul alan adam ola bilsin ki, həmin təcili problemini qaydasına qoya bildi, amma günbəgün, aybaay batmağa başlayır. Bəzən ilk baxışda o qədər də böyük görünməyən faiz göstəriciləri nəticədə ailələri evsiz-eşiksiz qoyur. Azərbaycanda yüzlərlə ailə sələmi qaytara bilmədiyinə görə evini-eşiyini sataraq kirayələrə sığınıb.

Allah-Təala biz bəndələrinə buyurur ki, ehtiyac sahibinə yardım edək, borc verək. Qurani-Kərimin Bəqərə surəsində  ehtiyac sahibinə borc vermək təşviq edilir, deyilir ki, borc verərkən də yanınızda şahid olsun, borcun verilməsi və alınması dillə söylənsin, katib də onu yazsın, sonra da şahidlər sənədi imzalasınlar.

Göründüyü kimi, Allah-Təala yaxşılıq etməyi tövsiyə edib, amma hər addımda da müsəlmanlara tədbiri unutmamağı buyurur. Dinimizə görə, ehtiyacı olan qonşuya borc vermək qonşunun boynunun borcudur. Əgər qonşu yaxşı qonşu olsa, kimsə gedib sələmə, faizə girməz.

Qurani-Kərim sələm məsələsindən bəhs edərkən o qədər şiddətli ifadələr işlədir ki, düşünəndə adam özünə yer tapa bilmir. Görün Allah-Təala bu haqda nələr buyurur:

- "Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirdən şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları "alış-veriş də sələm kimi bir şeydir!"  dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.

- Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafirləri, günahkarları sevməz.

- İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

- Ey möminlər! Əgər, doğrudan da, iman gətirmisinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (onu borclulardan almayın!)

- Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə surəsi 275-279).

Göründüyü kimi, Allah-Təala sələmçiliklə məşğul olmağı Ona və Rəsuluna qarşı müharibəyə girişmək kimi dəyərləndirir. Təsəvvür edirsinizmi, sələmçilik Allaha qarşı düşmənçilikdir, həm də bu gerçəyi xəbər verən Allah-Təalanın Özüdür. İndi kim nə düşünür, kim nə edir, özü bilsin. Bilsin ki, sonra "bilmədim" deməsin. Yəni kim Allah-Təalaya düşmən olmağı özünə rəva görürsə, buyursun, faizçiliyinə, sələmçiliyinə davam eləsin.

Allah-Təalanın rizasını düşünərək, borc vermək və verdiyinin də əslini geri istəmək İslamın buyruğudur, yəni müsəlman əldən tutmalıdır, sədəqə şəklində, borc şəklində, hədiyyə şəklində... Yaxşılıq etmək istəyən bunun üçün mütləq bir yol, münasib bir üsul tapacaq.

Uca dinimiz bizə zəkatı əmr edir. Zəkat varlının malında kasıbın haqqıdır. Bir ehtiyac sahibi başqa bir müsəlman qardaşının verdiyi zəkatla öz dərdlərinə əlac eləmək haqqına sahibdir. Alimlər zəkat verməyi üzüm tənəyini budamağa bənzədirlər. Sən zahirən o kolu, görüntünü kəsib azaldırsan, həqiqətdə isə o tənək bərəkət tapır. Bərəkət zahirən görünən böyüklükdə, çoxluqda, basırıqda deyil, bərəkət Allah-Təalanın bildiyi və verdiyi bir nemətdir.

Quran məntiqi ilə söyləsək, sədəqə vermək, qarşılığını Allahdan diləyərək müsəlman qardaşının ehtiyaclarını ödəmək "Allahım, mən Səninlə dost olmaq istəyirəm, Sənin verdiyin mal-dövlətdən, sərvətdən Sənin rizanı düşünərək bu müsəlman qardaşıma yardım elədim, ondan təmənnam yoxdur, təmənnam Səndəndir, məni dostlarının cərgəsinə yaz. Məni şeytanın şərindən qoru, onun yoluna düşənlərdən eləmə" məzmunda bir ərizə ilə müraciət etməkdir. Ehtiyac sahibini sələmlə boğmaq isə "Mənim nə Allaha, nə də Onun Rəsuluna ehtiyacım var, onlardan qorxmuram, çəkinmirəm (min dəfə əstəğfürullah) söyləməkdir".

Peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) məşhur xütbələrində də sələm mövzusuna toxunaraq bu cür günah əməllərin cəmiyyəti pozduğunu, onu fəlakətə sürüklədiyini vurğulayıb.

Əgər bir cəmiyyətdə sələmçilik ayaq açıb yeriyirsə, demək orada insanlıq təhlükə altındadır. Sələmçiliyin yayıldığı yer insanlığın qətl olunduğu yerdir.

Allah-Təala insanı yaradanda onun üçün fitrət qanunları qoyub. Quşlar üçün göy üzü, balıqlar üçün dəryalar nədirsə, insanlar üçün xeyirxahlıq etmək, əldən tutmaq, Allahı tanımaq o deməkdir. İnsanın insan ola bilməsi xeyirxahlıqla, başqalarının halını düşünməklə, başqalarına xeyirli ola bilmək duyğusu ilə bağlıdır. Sədəqə, zəkat, həm də insanı tərbiyə edir, onu daha da gözəlləşdirir, xeyirxahlığa sövq edir. Yardım edərkən, əldən tutarkən yaşanan ruhani duyğu, insanın içini liməlim dolduran xoş hisslər əslində ucalıqdır, Allah-Təalaya yaxınlaşmaqdır, kamilləşmə yolunda irəliləməkdir.

Sələmçilik, faizçilik insanı vampir halına gətirir, vəhşiləşdirir. Nəfs doyumsuzdur, sorduqca sorur, şişdikcə şişir, ayılanda isə zaman keçmiş olur. Hələ bu zamana qədər hansısa sələmçinin xeyirxah adam olduğunu, kasıb-kusuba əl tutduğunu görən olmayıb. Sələmçi bir çox hallarda ya verdiyini qol zoruna, silah gücünə geri alır, ya da kiminsə əli ilə qətlə yetirilir.

Bəzən bir neçə adam toplaşıb dükan açmaq, ticarət işi qurmaq, nəsə bir iş görüb pul qazanmaq istəyir. Bir başqası da kənardan maliyyə dəstəyi verir və onlara şərik olur. Bəziləri elə düşünürlər ki, ortaq olmaq da sələmçilikdir, belə deyil. Sələmçilikdə bir məsələ var ki, sələm verən heç bir şeyi nəzərə almadan ancaq xeyrini güdür, faizini də, mayasını da geri istəyir, qarşı tərəfi öldü, batdı, daha bunlar onun üçün əhəmiyyətli deyil; ortaqlıqda isə hər şeyə şərik olmaq məsələsi var, yəni qazansalar da ortaqdırlar, batırsalar da. Ona görə də ortaqlıq məsələsi sələmçilik kateqoriyasına aid olunmur.

Yəqin ki, bir neçə il bundan əvvəl dünyada qlobal iqtisadi böhranın necə geniş yayıldığına hamınız şahid oldunuz. Mütəxəssislər bu böhranın səbəblərini araşdıraraq belə qənaətə gəldilər ki, faizçilik üzərində qurulan iqtisadiyyat mütləq məhvə məhkumdur. Çünki faiz, sələm üzərində qurulan iqtisadiyyat istehsaldan yox, puldan pul qazanmaq məqsədinə xidmət edir. Faizçilik insan fitrətinə ziddir, insanı çalışmaqdan, halal zəhmətdən və qazancdan, ibadətdən, itaətdən çəkindirir.

Bəli, dəyərli oxucular, başımıza gələn çox bəlalarda özümüzü günahkar hesab etməliyik. Xəstəliyi müalicə edə bilmək üçün diaqnozun dəqiqləşdirilməsi şərtdir. Əxlaqda, mənəviyyatda da mənzərə eynidir, insan xətasını, günahlarını bilməlidir, özünü tanımalıdır ki, düşdüyü ağır vəziyyətdən xilas olmağın yollarını da tapa bilsin.

Sələmlə ailə saxlamaq, övlad böyütmək çörəyini başqalarının qanına batıraraq yeməkdir. Əgər Allah-Təala: "Sələmçiliklə məşğul olan Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyini bilsin", - buyurursa, elə bilirik ki, daha söhbəti uzatmağa ehtiyac yoxdur.

Əvvəlki yazılarımızda da tez-tez dilə gətirdiyimiz bir həqiqəti bir daha təkrarlamaq istəyirik: fəlakət sellər, daşqınlar, uçqunlar deyil, fəlakət insanın yolunu azması, Allahın əmrindən çıxıb şeytanın əmri altına girməsidir. Allahın yolunda olan üçün dünya da dağılsa, baş verənlər fəlakət deyil, adi bir sınaqdır, imtahandır, vəssalam.
"Zaman Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Pəhrizdə olanlar üçün ləzzətli içki

24 İyul 2017 14:45

Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu, sonra... - Oğuzda ŞOK HADİSƏ

24 İyul 2017 14:43

"Söyürlər, sakit dururuq" - Təcili yardıma maneə törədənlər cərimələnəcək - VİDEO - FOTO

24 İyul 2017 14:42

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib

24 İyul 2017 14:42

Bakıda Ukrayna Ticarət Evinin açılması məsələsi payızda müzakirə olunacaq

24 İyul 2017 14:42

"ASAN kommunal"da yeni xidmət pəncərəsi açılıb

24 İyul 2017 14:42

9 və 12 yaşlı iki qardaş Xəzərdə boğulub

24 İyul 2017 14:38

Ermənistanda intiharların sayı 5 dəfə artıb

24 İyul 2017 14:37

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə "Petkim" və STAR-da təcrübə keçir

24 İyul 2017 14:37

Türk iş adamları Azərbaycan və Gürcüstanda fındıq bağları alır

24 İyul 2017 14:37

Venqer: "PSG buna görə Neymara maraq göstərməyə başladı"

24 İyul 2017 14:37

“Google Play” mağazasında 400 əlavə yeni virusa yoluxub

24 İyul 2017 14:35

İki azyaşlı qardaş dənizdə boğuldu

24 İyul 2017 14:34

Emin Ağalarov iddialara cavab verməkdən boyun qaçırır -

24 İyul 2017 14:33

"Bülənt Ərsoyu sevməsəm, saqqallı fotolarını yayardım" - VİDEO

24 İyul 2017 14:32

Binəqədidə yaşayış binasında yanğın

24 İyul 2017 14:32

Sevdanın geyimi plagiat çıxdı

24 İyul 2017 14:32

Azərbaycanda 12 rayonun bələdiyyə xəritələri hazırlanır

24 İyul 2017 14:27

Pakistanın Ticarət Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək

24 İyul 2017 14:22

Kıvanç Tatlıtuğun rədd etdiyi kainat gözəli ƏRƏ GEDİR

24 İyul 2017 14:18

Gürcüstan "Şahdəniz" hesabına 2 mlrd. dollar investisiya cəlb edib

24 İyul 2017 14:17

Cahangir Hacıyev kassasiya şikayəti verdi

24 İyul 2017 14:17

"Yuventus"dan 40 milyonluq transfer

24 İyul 2017 14:17

Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

24 İyul 2017 14:17

Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanıldı

24 İyul 2017 14:17

"McDonalds"da müştərilər bıçaqlı hücuma məruz qaldı

24 İyul 2017 14:17

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının tədris planı təsdiq edilib

24 İyul 2017 14:12

"Lukaku və Morata eyni səviyyədə olan futbolçulardır"

24 İyul 2017 14:12

İran və İraq razılığa gəldi -

24 İyul 2017 14:12

Orta əsrlərdə yaşayan gəncin həyatından son görüntülər - FOTOLAR

24 İyul 2017 14:08

Evi olmayanların nəzərinə: Kateqoriyalar genişləndirildi

24 İyul 2017 14:05

Xatirənin makiyajsız FOTOsu

24 İyul 2017 14:05

Rüşvət alan baş həkimə HÖKM OXUNDU

24 İyul 2017 14:03

İran denominasiyaya hazırlaşır

24 İyul 2017 13:57

"O evə qayıtmayacam" - Oğlu ilə itkin düşən Xanım - VİDEO

24 İyul 2017 13:57

Azərbaycanda səsi olmayan müğənni kimdir?

24 İyul 2017 13:54

“Mcdonalds”da dəhşətli anlar yaşandı - VİDEO

24 İyul 2017 13:53

Yay mövsümü başlayandan günvurmadan təcili yardıma 50 nəfər müraciət edib

24 İyul 2017 13:52

Azərbaycan yığmasının heyəti açıqlandı

24 İyul 2017 13:47

Bakı-Astara yolu inanılmaz durumda - VİDEO

24 İyul 2017 13:42

OPEC bu il ABŞ-ın neft hasilatçıları danışıqlara başlaya bilər

24 İyul 2017 13:42

Narkoloji disponserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkim azadlığa buraxılıb

24 İyul 2017 13:42

Ölən müğənni haqda "Narkotik istifadəçisi idi" iddialarına CAVAB - VİDEO

24 İyul 2017 13:42

Bu şəxslər də güzəştli mənzil əldə edə biləcəklər - YENİLİK

24 İyul 2017 13:39

Bu adamın ayaqları hər kəsi şoka salır

24 İyul 2017 13:38

Hansı oyun, hansı kanalda?

24 İyul 2017 13:37

Bu il Azərbaycanda 442,8 min nəfər sosial müavinətlə təmin olunub

24 İyul 2017 13:37

Niyə şəkil çəkdirəndə insanlar əllərini bir-birinin çiyninə qoyurdular? - FOTOLAR

24 İyul 2017 13:33

Kimisi xaricdə, kimisi isə bağ evində...

24 İyul 2017 13:33

"Selena"nın Leylası nişanlandı - FOTOlar

24 İyul 2017 13:32