“Siqaretləri həbsdə olan dostlarıma göndərdim”

“Siqaretləri həbsdə olan dostlarıma göndərdim”
22:42 5 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Oğurluqda ittiham olunan Binəqədi Rayon Polis İdarəsinin post-patrul bölüyünün polis nəfəri, 1989-cu il təvəllüdlü Ağabala Babışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ağabala Babışov 2012-ci il dekabr ayının 22-dən 23-nə keçən gecə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Ramin Cəfərova məxsus "Gold Telekom" telefon aksessuarları və təmiri mağazasına girib. 

O, mağazadan 150 və 40 manat dəyərində 2 ədəd "Nokia N8", 80 manat dəyərində 1 ədəd "Nokia 8800", 20 manat dəyərində 1 ədəd "Samsung", 10 manat dəyərində 1 ədəd "Nokia 7700" və 20 manat dəyərində 1 ədəd "GSM Duos" markalı mobil telefonu, 150 manat dəyərində olan 40 ədəd "Baksell" və "Azersell" mobil operatorlarla danışıqlar aparmaq üçün istifadə olunan kontur kartlarını və 50 manat oğurlayıb. 

O, həmin gecə saat 03.00-da Bayram Xankişiyevin Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən "Uşaq aləmi" oyuncaq mağazasından 350 manat dəyərində əşya aparıb. 

Bundan başqa, Ağabala Babışov Nəsirbala Salamova məxsus "Ucuz" marketdən 630 manat dəyərində ərzaq məhsulu, Saray qəsəbəsində Faiq Fərəcova məxsus bərbərxanadan 103 manatlıq mal oğurlayıb. 

Ağabala Babışov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib və Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 min manat miqdarında cərimə olunub. 

Baş Prokurorluq Ağabala Babışovun hökmdən apelyasiya protesti versə də, prokurorluğun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan narazı qalan prokurorluq kasasiya protesti verib. 

Ali Məhkəmə işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Lakin apelyasiya instansiyasında işə baxan hakimlər yenə də prokurorluğun protestini təmin etməyib. Ali Məhkəməyə müraciət edən prokurorluq növbəti dəfə apelyasiya instansiyasının qərarının ləğv edilməsinə nail olub. 

"Sərxoş olduğumdan mağazaya yaxınlaşdım"

Bu dəfə işə Sumqayıt Apelyasiya Məhkəməsində hakim Telman Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmədə ifadə verən Ağabala Babışov ittiham üzrə özünü qismən təqsirli bilib. 

O, bildirib ki, dekabrın 22-də dostu Fuadla birlikdə Novxanıda yeyib-içib: "Sonra dostumu Corat qəsəbəsindəki evlərinə düşürdüm və "VAZ-21015" markalı 90 XR 725 dövlət nömrəli avtomobillə yaşadığım Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisinə gəldim. Dekabrın 23-də saat 2 radələrində evimizdən təxminən 50 metr aralıda yerləşən "Gold Telekom" telefon mağazasını gördüm və sərxoş olduğumdan həmin mağazaya yaxınlaşdım. 

Mağazanın plastik qapısının kilidini sındıraraq içəriyə daxil oldum. Orada masanın üzərində olan 1, 2, 3 manatlıq SİM və CİN kontur kartlarını, sonra vitrinlərə qoyulmuş 2 "Nokia N8" markalı, 1 "Nokia 8800" markalı, 1 "Samsung" markalı, 1 "Nokia 7070" markalı və 1 "GSM Duas" markalı mobil telefonu, həmçinin masanın üzərində olan portmanatın içərisində olan 50 manatı götürdüm. Oğurluqda istifadə etdiyim dəmir parçasını götürərək avtomobilimə qoydum".

"Konturları tanışlara payladım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən "Uşaq aləmi" dükanın qarşısına gəlib: "Saat 3 radələrində gətirdiyim dəmir parçası ilə mağazanın plastikdən olan qapısının kilidini qıraraq içəriyə girdim. Oradan iki elektrik qızdırıcısı, təxminən 10 oyuncaq, o cümlədən maşın, karusel, gəlincik, ayı, it fiqurları və xatırlamadığı digər oyuncaqları götürdüm. Mağazadan götürdüklərimin bir hissəsini avtomaşınının salonuna yığdım və həmin əşyaları yaşadığım evin zirzəmisinə qoydum". 

Ağabala Babışov bildirib ki, "Gold Telekom" mağazasından oğurladığı pulu xərcləyib, kontur kartlarını isə tanışlarına paylayıb: "Dekabrın 27-də, saat 1.30-da Novxanı qəsəbəsində dostlarımla spirtli içki qəbul etdikdən sonra yaşadığım evə gəldim. Yolda siqaretim qurtardığından avtomobili "Qubadlı" şadlıq sarayının yaxınlığındakı "Ucuz market" dükanının yanında saxladım.

Avtomobilə qoyduğum dəmir parçasını götürərək plastikdən olan qapının kilidini açmaq istədim. Lakin bacarmadığımdan qapını təpiklə vuraraq açdım. Bu zaman qapı şüşələri sındı. İçəriyə daxil oldum, oradan masanın üzərindən müxtəlif qiymətlərdə olan SİM, CİN və NAR danışıq konturlarını, 95 manat, eləcə də "Kent", "Davidoff" markalı siqaretləri götürdüm. "VAZ-21015" markalı avtomobilimə əyləşərək Saray qəsəbəsi istiqamətində getdim".

"Əşyaları evin zirzəmisinə boşaltdım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, "Saray petrol" yanacaq doldurma məntəqəsini keçib və "Yem dükanı" adlanan obyekt istiqamətində hərəkət etməyə başlayıb: "Yolun sağında olan bərbərxananın sahibsiz olduğunu gördüm və avtomobilimi yaxınlıqda saxladım. Gecə saat 3 radələrində məni heç kimin görməməsinə əmin oldum və avtomobilimdə olan dəmir parçası ilə bərbərxananın plastikdən olan qapısının kilidini açandan sonra içəriyə girdim. Oradan bir ədəd fen, bir ədəd saçqırxan, bir ədəd elektrik qızdırıcısını götürdüm.

Oğurladığım əşyaları avtomobilimin baqajına yığandan sonra Sumqayıt şəhəri, 12-ci mikrorayondakı evimə qayıtdım. Götürdüyüm əşyaları evin zirzəmisinə boşaltdım. "Ucuz market"dən oğurladığım siqaretlərin bir hissəsini özüm çəkdim, bir hissəsini isə Kürdəxanıda həbsdə olan dostlarıma göndərdim". 

Daha sonra prosesdə çıxış edən dövlət ittihamçısı Zəfər Ramazanov çıxış edib. O, bildirib ki, Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır: "Cinayət-Prosessual Məcəlləsinin 353.2.3-cü maddəsinə görə, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. 

Birinci instansiya məhkəməsi cəza təyini zamanı Ağabala Babışovun təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini, zərər çəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Şuşa şəhərindən məcburi köçkün düşməsini əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb". 

Dövlət ittihamçısı hakimi haqlı saymadı

Dövlət ittihamçısının sözlərinə görə, Ağabala Babışov cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, hərəkətlərini qabaqcadan planlaşdırmaqla 4 epizod üzrə oğurluq cinayətini törədib. O, qeyd edib ki, təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxslərə dəymiş ziyanı könüllü deyil, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində ifşa edildikdə sonra, yəni təkzib olunmaz faktlar qarşısında qaldıqdan sonra zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə çalışıb və bu səbəbdən də məhkəmə onun ziyanın ödəməsini cəzanını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmayıb: "Birinci instansiya məhkəməsi Ağabala Babışovun məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb. Məhkəmə ittiham hökmünün giriş hissəsində Ağabala Babışovun 1989-cu ildə Şuşa şəhərində anadan olmasını göstərməklə kifayətlənib, onun məcburi köçkün olmasının isə hansı sənədlərlə təsdiq olunmasını ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində göstərməyib".

Dövlət ittihamçısı həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi Ağabala Babışova əsassız olaraq ən yüngül cəza növü olan cərimə cəzasını təyin edib. O, çıxışının sonunda Ağabala Babışovun Cinayət Məcəlləsinin  177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini istəyib. 

Tərəfləri dinləyən hakim heyəti sonda prokurorluğun protestinin təmin edən qərar verib. Məhkəmə kollegiyası Ağabala Babışovu 2 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum edib.
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əllərinizi düzgün yuyub qurulayırsınızmı?

27 May 2017 21:57

Həkimlər orucu şorba ilə başlamağı tövsiyə edir

27 May 2017 21:52

Mingəçevirdə oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının

27 May 2017 21:51

Ağıza toz getməsi orucu batil edirmi?

27 May 2017 21:47

Ramazan ayında necə qidalanaq? - həkim məsləhəti

27 May 2017 21:42

Qusar sakini ev təmiri zamanı yıxılaraq ölüb

27 May 2017 21:42

Azərbaycanda oğul anasını öldürdü - YENİLƏNİB

27 May 2017 21:42

Mustafa Cecelinin boşanma səbəbi - "Tərzimizi bəyənmirdik"

27 May 2017 21:37

Azərbaycan ordusunun “Aselsan” ratsiyaları Qarabağda Rusiya texnikasına qarşı - FOTO

27 May 2017 21:37

Üzdəki qara nöqtələrdən qurtulmağın sadə yolları

27 May 2017 21:37

Oruc tutan şəxslər bu idmanla məşğul ola bilməz

27 May 2017 21:33

Azərbaycanlı müğənninin xanımı və ögey oğlu Disneylenddə - FOTO

27 May 2017 21:32

O, "İbra"nın fanatıdır - FOTO

27 May 2017 21:32

Əncirin inanılmaz faydaları

27 May 2017 21:30

"Yaşımız o yaş deyil küsülü qalaq" - əməkdar artistdən barışıq mesajı

27 May 2017 21:27

Böyrəklərinizin təhlükədə olduğunu bildirən 8 ƏLAMƏT

27 May 2017 21:27

Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar

27 May 2017 21:27

Mingəçevirdə oğul anasını qətlə yetirdi

27 May 2017 21:23

İştahanı nəzarət altında saxlamaq qaydası

27 May 2017 21:22

İslamda nəhs rəqəm anlayışı varmı?

27 May 2017 21:17

Nobeldən kim, niyə imtina edib

27 May 2017 21:13

Ramazan ayında çimmək olarmı?

27 May 2017 21:12

NATO-nun iclasında Azərbaycanın təklifi qəbul olundu - FOTO

27 May 2017 21:12

O, İnstagram fenomenidir - FOTO

27 May 2017 21:05

Məşhur futbolçu xanımı ilə çimərlikdə - FOTO

27 May 2017 21:05

Türkiyədə güclü zəlzələ olub

27 May 2017 21:01

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ - FOTO

27 May 2017 20:58

Alzheimerə səbəb olan amillər

27 May 2017 20:57

Mingəçevirdə oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub

27 May 2017 20:57

Məktəblilər arasında dava ölümlə nəticələndi

27 May 2017 20:55

Azərbaycanda ən çox insan ölümünə səbəb olan bu xəstəlikdir - VİDEO

27 May 2017 20:52

Mübarək Ramazan ayında yuxu necə tənzimlənməlidir?

27 May 2017 20:52

Corat qəbiristanlığında hasarı qəbirin ortasından çəkdilər - VİDEO

27 May 2017 20:47

Başı suya batırmaq orucu pozurmu?

27 May 2017 20:47

''Qələbə'' dairəsində dəyşiklik edilib - VİDEO

27 May 2017 20:47

İH başçısının müavini: Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb

27 May 2017 20:43

Ramazanın 2-ci gününün duası

27 May 2017 20:43

Gənc müəllimin qeyri-adi tədris üsulu - "Şagirdlər həm öyrənir, həm də əylənir" - VİDEO

27 May 2017 20:42

Taksi sürücüləri fırıldaqçının hədəfində - Özünüzü bu şəxsdən qoruyun - VİDEO

27 May 2017 20:42

Ramazan ayının obaşdan və iftarlarının elmi tənzimlənməsi - ARAŞDIRMA

27 May 2017 20:42

Bazarda 8-9 yerlik avtomobillərə maraq artıb - SƏBƏB - VİDEO

27 May 2017 20:42

Ən çox yatan heyvanlar

27 May 2017 20:37

Papillomalardan xilas olmağın müxtəlif yolları

27 May 2017 20:37

Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı

27 May 2017 20:36

Çempionluq yolunda “Beşiktaş”a ağır zərbə

27 May 2017 20:32

İbrahimoviç, Kasilyas, Pepe, Ture - havayı ulduzlar

27 May 2017 20:32

Fransız model Tao - FOTO

27 May 2017 20:32

Doymanıza və kilo almamağınıza səbəb QİDALAR

27 May 2017 20:27

Siyavuş Novruzov: "Ermənistanın ballistik raketlərə malik olması Cənubi Qafqaz üçün təhlükə mənbəyidir"

27 May 2017 20:27

Millimiz ilk setdə uduzdu - YENİLƏNİR

27 May 2017 20:27