ABŞ-dan həyacan siqnalı: Bombamız qurtarıb

ABŞ-dan həyacan siqnalı: Bombamız qurtarıb
22:51 5 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Hava Qüvvələri Suriyada yüksək dəqiqlik keyfiyyətinə malik döyüş sursatlarının çatışmazlığını hiss edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqonun nümayəndələrinə istinadən USA Today telekanalı xəbər yayıb.

Bir ilə yaxın İŞİD terror qruplaşmasına aviazərbələr vuran Amerika pilotları 20 mindən çox bomba və raket istifadə edərək döyüş sursatı ehtiyatlarını bitirib. “Biz onların yerini doldurmamış döyüş sursatlarını daha sürətlə istifadə edirik. Raketlərin istehsalçıları ilə müqavilənin imzalanmasindan sonra onların Hərbi Hava Qüvvələrlərinin bazasına gəlməsinə qədər illər keçə bilər və uzun mübarizəyə hazır olmaq üçün bizə əlavə maliyyələşdirmə lazımdır. Bu kritik ehtiyacdır”, - deyə ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin qərargah rəisi general Mark Uelş bildirib.


Mark Uelş - ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin qərargah rəisi

Əgər iyul və avqust aylarında Amerika aviasiyasının uçuşlarının yarısı döyüşçülərin mövqeləri üzrə silahın tətbiqi ilə bağlı idisə, noyabrda artıq 65 faiz təyyarə raket buraxırdı və bombaları atırdı. Zərbələrin intensivliyi artdığından sursatlar tükənib.



“İndi bombaların və raketlərin əksəriyyəti ABŞ-ın ərazisində olan anbarlardan gətirilir. Strateji ehtiyatlar artıq azalır. Suriyada pilotsuz təyyarələrin əsas silahı olan - Hellfire idarə olunan raketlərlə təchiz etmək üçün bizə onları başqa bölmələrdən almaq lazım olub”, - deyə polkovnik Kris Karns bildirib. Qeyd edək ki, 2015 ildə ABŞ Konqressi Hellfire raketlərinin alınması üçün büdcədən əlavə 400 milyon dollar ayırıb.


Hellfire - idarə olunan raket

2014-cü ilin avqustunda ABŞ İŞİD-lə mübarizəyə qarşı koalisiya qüvvələri yaradıb. Elə həmin vaxt prezident Barak Obama İraq hakimiyyətinə dəstəyini bildirərkən bunun "uzunmüddətli layihə" olacağını qeyd edib. Sentyabrın 10-da isə o, Konqresin razılığı olmadan da Suriyanın bir hissəsinə nəzarət edən terrorçulara qarşı hava hücumları keçirəcəyini açıqlayıb. Başda ABŞ olmaqla koalisiya qüvvələri 2014-ci ilin sonlarından İŞİD terror qruplaşmasına qarşı havadan mübarizə aparır.

Birləşmiş Ştatlar başda olmaqla, təxminən 60 ölkənin iştirakı ilə yaradılmış bu koalisiya Kobanidə peşmərgələrin karına gəlib. Lakin İraqda bu əməliyyatlar effektiv görünmür. Hesablamalara görə, koalisiya qüvvələri İŞİD-in İraqda nəzarət etdiyi ərazilərin bir faizini, təxminən 700 kv km ərazini geri qaytara bilib.



Pentaqon 10 minə yaxın İŞİD silahlısı məhv edildiyinİ açıqlayıb. 100-lərlə neft-qaz obyektləri dağıdılıb. ABŞ Müdafiə Departamentinin hesablamalarına görə, 2015-ci ilədək “İŞİD”lə hava mübarizəsinə 1,3 milyard dollar sərf edilib. Günlük təxminən 8,3 milyon dollar. Bu rəqəm İraq, Əfqanıstan və Pakistandakı ümumi müharibə xərclərinin kiçik bir hissəsini təşkil edir. Döyüşlərin nə vaxt sona çatacağı yaxın üfiqdə görünmür. ABŞ generalı John Allen münaqişəni “Nəsillərin döyüşü” adlandıraraq hələ uzun müddət müharibənin davam edəcəyinə işarə verməsi təsadüfi deyildi.


İŞİD ərazisi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR