Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neftçilər Xəstəxanasından son xəbər-"Günəşli"dəki QƏZA

Neftçilər Xəstəxanasından son xəbər-"Günəşli"dəki QƏZA

Date: 5 December 2015 23:34

 “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.

 

Xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev APA-ya bildirib ki, xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

 

“8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətləri qənaətbəxşdir. Onların müalicələri davam etdirilir” deyə, baş. həkim bildirib.

 

H. Yüzbaşıyevin bildirdiyinə görə, yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib. 


Tags:  Neftçilər Xəstəxanasından son xəbər-Günəşlidəki QƏZA

RƏYLƏR


Top news