Vitse-kansler alman əsgərlərin İŞİD-ə qarşı mübarizə üçün Suriya və İraqa göndəriləcəyini istisna edib

Vitse-kansler alman əsgərlərin İŞİD-ə qarşı mübarizə üçün Suriya və İraqa göndəriləcəyini istisna edib
23:37 5 Dekabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Terrorçularla mübarizə Avstriyanın paytaxtı Vyanada başladılan siyasi proseslərə uyğun aparılmalıdır. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Ziqmar Qabriel  bildirib. "Bu diplomatik prosesin artıq uğurları var, lakin terrorçuluqla mübarizə hələ uzun vaxt alacaq", - Almaniya hökumətinin nümayəndəsi deyib.
Eyni zamanda Z.Qabriel alman əsgərlərin İŞİD-ə qarşı mübarizə üçün Suriya və İraqa göndəriləcəyini istisna edib. Onun sözlərinə görə terrorçular məhz bu addımı gözləyirlər ki, "Qərbin müsəlmanlara qarşı savaşdığını" bəyan etsin, Avropadakı terror aktlarına bəraət qazandırsınlar.

Xəbərin orijinal ünvanı: http://report.az/region/vitse-kansler-alman-esgerlerin-i-si-d-e-qarsi-mubarize

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR