Azərbaycanda daha bir güclü partlayış: ölənlər var (FOTO)

Azərbaycanda daha bir güclü partlayış: ölənlər var (FOTO)
23:41 5 Dekabr 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə dəhşətli yanğın hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın rayonun Uğurbəyli kəndində axşam saatlarında Əli Məmmədova məxsus evdə baş verib.

Yanğın baş verən vaxt ailə üzvlərinin hamısı evdə olub. Bir an içində alov iki otaqlı evin hər tərəfini bürüyüb. İlkin ehtimala görə hadisəyə otaqda olan qaz balonunun partlaması səbəb olub. Bir azyaşlı və qadın olmaqla iki nəfər dünyasını dəyişib.

Ev sahibinin oğlu 25 yaşlı Vüsal Məmmədov alovların içindən övladlarından birini çıxara bilib. Həyat yoldaşı Fidan Məmmədova və 2 aylıq Dəniz Məmmədova isə yanan evin içində qaldığından xilas etmək mümkün olmayıb. Yanğın nəticəsində ev sahibi 53 yaşlı Əli Məmmədov və onun həyat yoldaşı 54 yaşlı Fəxriyyə Məmmədova, oğlanları Vüsal Məmmədov, 23 yaşlı Eldar Məmmədov və 4 yaşlı Səma Məmmədova təcili tibbi yardım avtomobilləri ilə Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan aldığımız məlumata görə, yaralıların vəziyyəti ağırdır. Respublika Yanıq Mərkəzinin mütəxssisləri də dəvət olunub.

FHN-nin Bərdə yanğından mühafizə hissəsindən əldə etdiyimiz məlumata görə, 2 otaqdan ibarət 64 kv metrlik evin bütün yanar kostruksiyası yanıb. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, borcu olduğu üçün Məmmədovalar ailəsinin yaşadığı ünvana təbii qazın verilişi dandırılıbmış.

Bu səbəbdən də ailə qaz balonundan istifadə edirdi. Hadisə yerinə Bərdə rayon Prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları da gəlib. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR