Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Paralimpiyaçılarımız Polşa açıq çempionatında uğur qazanıblar

Date: 5 December 2015 23:43


Bakı, 5 dekabr, AZƏRTAC 
Paralimpiyaçılarımız Polşanın Şetsin şəhərində keçirilən lisenziya xarakterli Polşa açıq çempionatında uğur qazanıblar.
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, üzgüçülük yarışlarında Dmitri Saley sərbəst üsulla 50 metr məsafəni 24.65 saniyəyə qət edərək gümüş medal qazanıb. O, həmçinin 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında 1.09 saniyəlik nəticə ilə gümüş medala layiq görülüb.
Roman Saley isə sərbəst üsulla 400 metr məsafəyə yarışda gümüş medala sahib olub. Bu növdə 100 metr məsafəyə mübarizədə isə 54.11 saniyəlik nəticə ilə D.Saley qızıl medal qazanıb.
Çempionatda 54.79 saniyəlik nəticə qazanan Roman Saley bürünc, bel üstündə üzgü üsulu ilə isə 1.02.87 saniyəlik nəticə göstərək qızıl medal qazanıb. Bu növdə 1.05.33 saniyəlik nəticə ilə Dmitriy Saley bürünc medalla kifayətlənib.
Baterflay üsulu ilə üzmə yarışında Roman Saley (0.58.41 saniyə) qızıl medal qazanıb, Dmitriy Saley (1.00) isə gümüş medal əldə edib.

Tags:  Paralimpiyaçılarımız Polşa açıq çempionatında uğur qazanıblar


RƏYLƏR


Top news