Azərbaycan "Qış sərgisi"də

Azərbaycan "Qış sərgisi"də
00:14 6 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Tiflisdə ənənəvi  “Qış sərgisi” yarmarkası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, xeyriyyə məqsədi ilə təşkil olunan  tədbirdə Azərbaycan səfirliyi "Azərbaycan guşəsi" təşkil edib. Yarmarkada Gürcüstanda akkreditə olunan 20-dək səfirlik, beynəlxalq təşkilatlar, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və xarici şirkətlərin nümayəndələri "Qış sərgisi"ndə iştirak ediblər.

 

"Azərbaycan guşəsi"  xarici qonaqların marağına səbəb olub.  Tədbirdə milli təamlar,  Azərbaycanın gözəllikləri təsvir edilən milli suvenirlər və ölkəmiz haqqında məlumatlar olan çap məhsulları düzülmüş bölüm isə sərgi iştirakçılarının diqqətini cəlb edib. Sərgidə eyni zamanda xalça, kilim və kəlağayı, həmçinin müxtəlif rəngli örtüklər nümayiş olunub.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva jurnalistlərə açıqlamasında sərginin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyi ənənəvi olaraq hər il belə məzmunlu sərgilərdə fəal iştirak etməklə tarixi irsimizi, adət-ənənələrimizi, mədəniyyətimizi, həmçinin Azərbaycan mətbəxini təbliğ edir.

 

 

Tədbir bu gün səhər saatlarından başlayaraq axşamadək davam edib.

 

Xeyriyyə məqsədi daşıyan "Qış sərgi"sində Azərbaycan bölməsinin zənginliyi daha çox tamaşaçı cəlb edib.








Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR