Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdogan Azərbaycana başsağlığı verdi

Ərdogan Azərbaycana başsağlığı verdi

Date: 6 December 2015 00:47

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Günəşli" neft yatağında baş vermiş yanğın nəticəsində həyatını itirənlərə görə prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Ərdoğanın başsağlığı məktubunda dünən Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirən 30 nəfərə görə kədərləndiyi qeyd olunur:

"Türkiyə xalqı və öz adımdan yanğında həyatını itirənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Türkiyə hər zaman olduğu kimi bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür köməyi göstərməyə hazırdır".

Qeyd edək ki, yanğınla bağlı SOCAR-ın yaydığı rəsmi məlumata görə, hadisə zamanı 1 nəfər vəfat edib, 29 nəfər isə itkin hesab olunur.

FHN-in əməliyyatı nəticəsində daha 33 nəfər xilas edilib, onlardan 7-si hazırda Neftçilər Xəstəxanasında müalicə alır, qalanları isə evə buraxılıb. 

Milli.Az


Tags:  Ərdogan Azərbaycana başsağlığı verdi

RƏYLƏR


Top news