Əfsanəvi müğənnin əşyaları satıldı (FOTO, VİDEO)

Əfsanəvi müğənnin əşyaları satıldı (FOTO, VİDEO)
03:56 6 Dekabr 2015
45 Şou
Ölkə mətbuatı
A- A+

Əfsanəvi "The Beatles" qrupunun üzvü Con Lennonun gitarası satılıb.

ANS PRESS-in məlumatına görə, Britaniyanın müğənnisi Con Lennonun gitarası “Julien's Auctions” hərracında 910 min dollara (955 min AZN) satılıb.

Qeyd olunur ki, Lennon gitaranı “The Beatles” qrupunun digər üzvü Rinqo Starruya hədiyyə etmişdi.

Bundan əlavə, hərracda Rinqo Starranın nağarası satılıb. Bildirilir ki, nağaranı “Indianapolis Kolts” amerika futbol komandasının sahibi Cim İrsey 2.2 milyon dollara alıb.

Hərracda Starranın ailəsinə və onun həyat yoldaşı Barbara Baxa aid olan 800 əşya satılıb. Gəlirlərinin bir hissəsi xeyriyyəçiliyə sərf olunacaq.

Bu il Rinqo Starranın 75 yaşı tamam oldu. Əfsanəvi Liverpul dörtlüyünün “Let İt Be” adlı sonuncu albomunun çıxmasından artıq 45 il ötür.


"The Beatles" - Yeterday

Bir müddət əvvəl də Lennonun daha bir "Gibson" adlı gitarası Beverli Hillsdə 2,4 milyon dollara satılıb.


Con Lennona məxsus "Gibson" gitarası

Beatles qrupu Liverpul şəhərindən olan əfsanəvi dördlük Con Lennon, Pol Makkartni , Corc Harrison , Rinqo Stardan ibarət olub.

XX əsrin 60-cı illərinin məşhur ingilis rok qrupu Beatles rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişib.

Ötən əsrin 60-cı illərində görünməmiş populyarlıq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən biri hesab edilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=366516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR