"AirAsia" sərnişin təyyarəsinin axtarışları fotolarda

"AirAsia" sərnişin təyyarəsinin axtarışları fotolarda
09:26 30 Dekabr 2014
130 Dünya
Ölkə mətbuatı
A- A+

"AirAsia" hava şirkətinə məxsus QZ8501 səfər saylı itən təyyarənin axtarışı üçüncü günə qədəm qoyub.

ANS PRESS-in məlumatına görə, hazırda axtarış ərazisi xeyli genişləndirilib.

İndoneziya rəsmiləri bildiriblər ki, genişləndirilmiş əraziyə daxil Şərqi Bilitunq adasından yüksələn tüstünün araşdırılması üçün komanda göndərilib.
Hazırda axtarışa ətraf ölkələrdən başqa ABŞ, Fransa və Avstraliyanın da xilasediciləri qoşulublar.

Öz növbəsində prezident Joko Vidodo guya təyyarənin qalıqları və ondan axan benzinin tapılması barədə xəbərləri təkzib edib.

Hazırda axtarışla 30 gəmi, 15 təyyarə və 7 helikopter məşğuldur.

Qeyd edək ki, göyərtəsində 162 sərnişin olan Airbus A320-200 sərnişin təyyarəsi bazar günü şərqi Yavadakı Surabaya şəhərindən havaya qalxdıqdan az sonra radarlardan yoxa çıxıb. Təyyarənin pilotu ilə son rabitə, o hava şəraiti ilə əlaqədar kursu dəyişmək üçün icazə istədikdən az sonra olub. Dispetçerlər ona icazə verildikdən sonra cavab almadıqlarını bildirirlər.

Təyyarədəki 137 sərnişindən17-si uşaqdır. Onların əksəriyyəti İndoneziyadandır.






























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317081

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR