Türkləri bu kanaldan izləmək olar

Türkləri bu kanaldan izləmək olar
05:41 6 Dekabr 2015
54 İdman
Ölkə mətbuatı
A- A+

"Avro-2016"nın final mərhələsinə vəsiqə qazanan Türkiyə millisinin matçlarını canlı yayımlayacaq telekanalın adı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbolsevərlərin də azarkeşlik etdiyi "ay-ulduzlar"ı qardaş ölkənin TRT kanalından izləmək mümkün olacaq.

Bunu Türkiyənin baş nazirinin köməkçisi və hökumətin sözçüsü Numan Kurtulmuş öz rəsmi "twitter" hesabında bildirib. Nazir köməkçisi bunu bildirməklə yanaşı, ölkəsinin millisinə uğurlar arzulayıb və vətənə uğurlu nəticə ilə qayıdacaqlarına inandığını qeyd edib.


Türkiyə millisi

A qrupunda mübarizə aparan Türkiyə millisi son oyunda evdə İslandiya millisini qəbul edib. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaqdı. Lakin "ay ulduzlu" komanda bundan artığını bacarıb. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu qrupda keçirilən digər matçda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi türklərin ən yaxşı qrup üçüncüsü olmasına şərait yaradıb. Hollandiya millisi isə evdə Çexiyaya uduzaraq Avropa çempionatının finaı mərhələsindən kənarda qalıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR