Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Xəzər Lənkəran”da ciddi itkilər

“Xəzər Lənkəran”da ciddi itkilər

Date: 6 December 2015 06:59

Azərbaycan kubokunun  1/8 final mərhələsində Gəncənin “ Kəpəz” klubunu  minimal hesabla yenərək  növbəti mərhələyə yüksələn “Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, cənublular Premyer Liqanın XV turu çərçivəsində öz meydanında Qəbələ şəhərinin eyni adlı klubunu qonaq  edəcək və matç saat 17.00 da start götürəcək. 

 

“Xəzər Lənkəran” rəqibi önünə ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib.

 

Sabahkı görüşdə klub akademiyasının bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir. (klub saytı)


Tags:  Xəzər Lənkəranda ciddi itkilər

RƏYLƏR


Top news