Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pendirli brokkoli şorbası

Pendirli brokkoli şorbası

Date: 6 December 2015 07:05

Milli.Az "Sofra" dərgisinə istinadən pendirli brokkoli şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

300 q brokkoli 
1 x.q. kərə yağı 
1 dolu x.q. un 
1 st. süd 
2 st. su 
2 x.q. sürtgəcdən keçirilmiş holland pendiri 
duz, istiot, pul bibər 

Buxarlı qazanda çiçəklərinə ayırdığınız brokkolini 5 dəqiqə bişirin. Sonra blenderə yığın. Bişdiyi sudan 0,5 st. da üzərinə töküb blenderdən keçirin. 

Kərə yağını qazanda qızdırın, un əlavə edin, unun rəngi dəyişəndə daim qarışdıraraq süd və su əlavə edin. Brokkoli püresini, duz və istiotu əlavə edin. 1-2 buğum qaynadıqdan sonra ocaqdan götürün. Boşqablara çəkin. Üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin. Suda bişmiş brokkoli və pulbibərlə bəzəyin.  

Nuş olsun!

Milli.Az


Tags:  Pendirli brokkoli şorbası

RƏYLƏR


Top news