Çavuşoğlu Türkiyədəki rusiyalılarla görüşdü

Çavuşoğlu Türkiyədəki rusiyalılarla görüşdü
07:29 6 Dekabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Alanyada Rusiya icmasının nümayəndələri  ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, türkiyəli nazir görüşdə qeyd edib ki, Rusiya və Türkiyə arasında yaranmış gərginlik iki xalq arasında nifaqa səbəb olmamalıdır.

 

Məlumata görə, Rusiya icmasının nümayəndələri ilə görüş ötən gün Alanya Ticarət Sənaye Palatası tərəfindən təşkil olunub. Görüşdə Rusiya vətəndaşları, şəhər administrasiyası və müxtəlif ictimai təşkilatların nümayəndələri iştirak edib.

 

“Təəssüf ki, bu gün Türkiyə və Rusiya arasında heç vaxt arzu olunmayan gərginlik yaşanır. Mənim Belqradda dostum Sergey Lavrovla çox səmərəli görüşüm oldu. Bizim baxışlarımızda fərqlər var və onların həll olunması üçün danışıqlar davam etdirilməlidir.  Bu dövrdə hamı məsuliyyətli olmalıdır, çünki problemlər həllini tapacaq, lakin bu gün əkilən toxumlar gələcəkdə xalqlarımız arasında münasibətləri korlaya bilər.  Bugünkü gərginlik xalqlarımız arasında münasibətlərə təsir etməməlidir”, deyə Çavuşoğlu qeyd edib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR