BMT 5 noyabrı Dünya Sunami Günü elan edib

BMT 5 noyabrı Dünya Sunami Günü elan edib
08:18 6 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 6 dekabr, AZƏRTAC.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaponiya tərəfindən təqdim olunan 5 noyabrın Dünya Sunami Günü elan olunması barədə qətnaməni qəbul edib.
Dekabrın 4-də BMT Baş Məclisinin İkinci Komitəsi həmin qətnamənin təsdiq edilməsi ilə bağlı səs verib. Qətnamənin məqsədi bütün dünyada seysmik fəallıq nəticəsində yaranan nəhəng dəniz dalğalarının yaratdığı təhlükənin dərk olunmasına yardım göstərməkdir.
NHK televiziya kanalının yaydığı məlumata əsasən, Yaponiyanın Baş naziri Şinzo Abe qətnamənin qəbulunu alqışlayıb. Ş.Abe qeyd edib ki, Yaponiya təbii fəlakətlərə hazırlıqla bağlı müzakirələrin təşkilində daim lider kimi çıxış edib, həmçinin BMT-nin təbii fəlakətlər nəticəsində yaranan təhlükələrin azaldılması üzrə beynəlxalq konfransına ev sahibliyi edib. Sözügedən konfrans cari ilin martında Yaponiyanın şimal-şərqində yerləşən Senday şəhərində keçirilmişdi.
Ş. Abe, həmçinin təbii fəlakətlərə hazırlıq işində ölkəsinin topladığı zəngin təcrübə və biliklərin yayılması üçün daha güclü beynəlxalq qurumun yaradılmasına töhfələrini verməyə hazır olduqlarını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_5_noyabri_Dunya_Sunami_Gunu_elan_edib-908720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR