Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təxliyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblər

Təxliyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblər

Date: 6 December 2015 10:05

Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. 1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilib:

Rəcəbov Mərdan - qabırğa sınığı

Məmmədov Allahverdi - bazunun sınığı

Əliyeva Məlahət - bel fəqərəsinin sınığı

Hüseynov Rəşid - kəllə beyin silkələnməsi

Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi

Milli.Az


Tags:  Təxliyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblər



RƏYLƏR


Top news