Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransadan erməniləri üzəcək QƏRAR

Fransadan erməniləri üzəcək QƏRAR

Date: 6 December 2015 10:17

Fransada respublikaçılar tərəfindən milli məclisdə səsverməyə çıxarılan, qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilməyib. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qanun layihəsi yenidən müzakirə olunmaq üçün Ədalət Komissiyasına göndərilib. 

Qanun layihəsinə görə qondarma erməni soyqırımını inkar edənlər üçün 5 il həbs cəzası və 45 avro cərimə tələb olunurdu. 

Fransada ana müxalifətçi Respublika partiyasının Marsel millət vəkili Valeri Buayenin öncülüyü ilə qanun layihəsi noyabrın 25-də senatın Ədalət komitəsində müzakirə olunmuş və dekabrın 3-də səsverməyə çıxarılmışdı. 



Ermənipərəst millət vəkili Valeri Buaye 

Bu barədə danışan Buaye 2011-ci ildə hazırladığı layihənin söz azadlığına zidd olduğu irəli sürülərək Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunduğunu xatırlatmışdı. Millət vəkili bu dəfə hazırladığı layihənin söz azadlığından sui-istifadə kimi yox, bəşəriyyətə qarşı işlənmiş cinayət kimi qəbul olunmasını tələb etdiyini bildirib. Valeri Buaye layihənin qəbul olunmasından sonra "inkar cinayətini" işləyənlərin "insan ləyaqətini alçaltdığı" üçün mühakimə olunacağını qeyd edib. 

Qanun layihəsi 2011-ci ildə də Valeri Buayenin önçülüyü ilə Fransa senatının gündəminə gələrək qəbul olunmuşdu. Nikolas Sarkozinin prezidentliyi dövründə qanunlaşan layihəTürkiyə ilə Fransa münasibətlərində ciddi gərginliklərə səbəb olmuşdu. Rəsmi Ankara Fransaya nota vermiş, Türkiyənin Parisdəki səfiri Təhsin Burcuoğlu geri çağırılmışdı. 

Fransanın senatı tərəfindən qəbul edilən qanun layihəsi daha sonra söz azadlığına zidd olduğu üçün Konstitusiya məhkəməsi tərəfindən ləğv olunmuşdu.

Milli.Az


Tags:  Fransadan erməniləri üzəcək QƏRAR


RƏYLƏR


Top news