Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-ın vitse-prezidenti bu gün Ukraynaya səfər edəcək

ABŞ-ın vitse-prezidenti bu gün Ukraynaya səfər edəcək

Date: 6 December 2015 10:17

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti bu gün Ukraynaya səfər edəcək. "Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, bu, Co Baydenin vitse-prezidentliyi dövründə Kiyevə beşinci səfəri olacaq.
Səfərin əsas məqsədi - ABŞ-ın Ukraynaya dəstəyinin davam etdiyini nümayiş etdirməkdir. 
O, prezident Pyotr Poroşenko və baş nazir Arseniy Yatsenyukla ayrı-ayrı görüşlər keçirəcək. Co Baydenin vətəndaş cəmiyyətinin nümayəndələri və islahatçılarla da görüşü nəzərdə tutulub.

Tags:  ABŞ-ın vitse-prezidenti bu gün Ukraynaya səfər edəcək

RƏYLƏR


Top news