Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Expressbank” pulsuz “MasterCard Concierge” xidməti təklif edir

“Expressbank” pulsuz “MasterCard Concierge” xidməti təklif edir

Date: 6 December 2015 10:18


Bakı, 6 dekabr, AZƏRTAC
“Expressbank” “MasterCard Gold” və “MasterCard Platinum” kartlarını əldə edən müştərilərə 1 illik pulsuz “MasterCard Concierge” xidməti təklif edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu xidmət vasitəsilə müştərilər günün 24 saatı ərzində 6922 qısa nömrəsinə zəng etməklə, şəxsi assistentdən istənilən tapşırığı yerinə yetirməyi istəyə bilərlər. Xidmətlər barədə ətraflı məlumatı www.firstline.az  saytından əldə etmək olar.
“MasterCard Gold” və “MasterCard Platinum” kartlarını müvafiq olaraq 400 AZN və 800 AZN ilkin mədaxil edərək pulsuz əldə etmək mümkündür. Hər 2 Premium kart üçün SMS məlumatlandırma xidməti pulsuzdur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən “Expressbank” bankomatlarında komissiyasız istifadə edə bilər.
Qeyd edək ki, Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Tags:  Expressbank pulsuz MasterCard Concierge xidməti təklif edir


RƏYLƏR


Top news