Bakı. 6 dekabr. REPORT.AZ/ Kürd Fəhlə Partiyasının (PKK) terrorçularının hücumları nəticəsində Türkiyədə bir polis və iki əsgər şəhid olub.
Anadolu Agentliyinin məlumatına görə, Diyarbəkir vilayətinin Sur rayonunda terrorçuların məsciddən polis əməkdaşlarına açdıqları atəş nəticəsində polis zabiti şəhid olub.
Şırnak vilayətinin Cize rayonda isə terrorçuların hərbi maşına hücumu nəticəsində iki əsgər öldürülüb.