Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Günəşli" üçün dua et... - FOTO

"Günəşli" üçün dua et... - FOTO

Date: 6 December 2015 10:37

Dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, SOCAR-ın yaydığı rəsmi məlumatda 1 nəfərin öldüyü, 30 nəfərin isə itkin düşdüyü bildirilir. FHN-in əməliyyatı zamanı daha 33 nəfər xilas edilib.

3 gündür ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri bu xəbərə həssas reaksiya verirlər. Yaxınlarının itkin düşən neftçilərdən xəbər tuta bilməməyi, itkin düşənlərin 1 sutkadan artıq müddətdə tapılmaması, yanğının hələ də söndürülməməsi əhali arasında ciddi narahatlıq yaradıb.

Artıq profil və ya örtük şəklini "Black Oil Day-05.12.2015" "Pray For Günəşli", "Pray For Azerbaijan" yazılarına dəyişənlər də çoxluq təşkil edir.

Bir çox vətəndaş ölkədə matəm elan edilməsini də təklif edir.

Qeyd edək ki, hadisədə xilas edilənlər Azərbaycan Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxana rəhbərliyi onların vəziyyətinin hazırda normal olduğunu deyir.

Qeyd edək ki, artıq Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan Azərbaycana yanğınla bağlı başsağlığı məktubu göndərib. Prezidentin məktubunda 30 neftçinin öldüyü bildirilir və onların ailələrinə səbr dilənir.

Milli.Az






Tags:  Günəşli dua et FOTO


RƏYLƏR


Top news