Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şimali İraqda türk hərbçilərin sayı 2 minə çatacacaq

Şimali İraqda türk hərbçilərin sayı 2 minə çatacacaq

Date: 6 December 2015 11:07

Bakı. 6 dekabr. REPORT.AZ/ Şimali İraqa göndərilən türk hərbçilərin sayın 2 min nəfərə çatacaq.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, rəsmi Ankara ilə Şimali İraqdaki kürd hakimiyyətinin başçısı Məsud Bərzani arasında əldə olunan razılaşmaya əsasən İraq ərazisinə göndərilən hərbi kontingent hazırda 600 əsgərdən ibarətdir. Lakin Başika ve Bamerni bölgələrinə əlavə hərbi gücün göndərilməsi prosesi davam edir.
Terrorçu "İŞİD" qruplaşmasının nəzarəti altında olan Mosul şəhərindən 32 kilometr uzaqlıqda dislokasiya olan türk hərbi birliyinə dəstək məqsədi ilə İraqa zirehli texnika da göndərilib.
Beləliklə, Türkiyə İran və ABŞ-dan sonra İraq ərazisində hərbçisi olan üçüncü xarici dövlət oldu.

Tags:  Şimali İraqda türk hərbçilərin sayı minə çatacacaq

RƏYLƏR


Top news