Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda ölüm: soyuq həyat bitirdi

Bakıda ölüm: soyuq həyat bitirdi

Date: 6 December 2015 11:12

Bakıda küçədə yaşayan şəxs soyuqdan donaraq ölüb. 

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 144 ünvanın qarşısında şəxsiyyəti məlum olmayan şəxs donvurma əlamətləri ilə xəstəxanaya aparılıb. Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
 
Araşdırma nəticəsində ölən şəxsin 1966-cı ildə anadan olmuş, Nəsimi rayonunda qeydiyyatda olan və tüfeyli həyat tərzi keçirən evsiz Lozinski Sergey Eduardoviç olması müəyyən edilib.

Milli.Az


Tags:  Bakıda ölüm soyuq həyat bitirdi

RƏYLƏR


Top news