Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yanğından xilas edilmiş dәnizçilәrdәn SON XƏBƏR - FOTO

Yanğından xilas edilmiş dәnizçilәrdәn SON XƏBƏR - FOTO

Date: 6 December 2015 11:52

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu Dərin Dəniz Özülündən təxliyə edilmiş neftçilərin bir qismi Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. 

Milli.Az xəbər verir ki, musavat.com-un xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, qəbul edilən 31 xəstədən 22-sinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Həkim Adil İsayevin verdiyi məlumata görə, hazırda xəstəxanada 7 xəstə yatıb. Onların vəziyyəti stabildir. 
Yaralılardan birində isə yanıq xəsarətləri olduğundan 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib. Onun da vəziyyətinin stabil olduğu bildirilir.

Həkim bundan başqa bildirdi ki, bu gün səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarına baş çəkib.

Milli.Az








Tags:  Yanğından xilas edilmiş dәnizçilәrdәn SON XƏBƏR FOTO


RƏYLƏR


Top news