Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qəza baş vermiş özülün rəisi: "İşdə 63 nəfər var idi"

Qəza baş vermiş özülün rəisi: "İşdə 63 nəfər var idi"

Date: 6 December 2015 12:22

Hadisə baş verəndə işdə 63 nəfər var idi.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında SOCAR-ın "Günəşli" yatağının 10-cu dərin dəniz özülün  rəisi Allahverdi Məmmədov deyib.

"Həmin gün hava çox küləkli idi. Dənizdə möhkəm külək vardı. Bizim blokdakı cihaz küləyin sürətini 35 m/san göstərirdi, amma bəlkə də daha çox idi", - deyə Məmmədov bildirib.

O qeyd edib ki, saat 17 radələrində platformadakı xətlərdən birində qəza yaranıb: "Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı".

Rəis bildirib ki, yanğın başlayan kimi işçiləri təxliyə ediblər: "Əvvəlcə işçiləri qayıqlara mindirdik. Sonra özüm də qayıqlardan birinə mindim. Mən olan qayıqda 27 nəfər idik. Oradakıların hamısı sağ-salamatdı. Amma o birilərindən xəbərim yoxdu. Hamı həyəcanlı idi, ona görə də hələ heç nə xatırlaya bilmirəm".

A.Məmmədov bildirib ki, onu dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətiriblər: "Hazırda özümü normal hiss edirəm".

Qeyd edək ki, A.Məmmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. 

Milli.Az


Tags:  Qəza baş vermiş özülün rəisi İşdə 63 nəfər var idi


RƏYLƏR


Top news