"Biz terrorçularla müharibə aparırıq, İslamla yox"

"Biz terrorçularla müharibə aparırıq, İslamla yox"
12:32 6 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Amerika mətbuatı yazır ki, Kaliforniyada 14 nəfərin qətli ilə yekunlaşmış terror aktından sonra prezident Barak Obama siyasi çevrələrdə tez-tez səslənən anti-İslam çağırışlardan narahatlığını ifadə edib.  

Prezident bildirib ki, bu kimi davakar bəyanatlar Amerikanın yüksək vətənpərvərliyi ilə seçilən müsəlman icmasını məyus edir, İŞİD və "əl-Qaidə" kimi terrorrçu təşkilatlara əlavə arqumentlər verir. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest (Josh Earnest) məlumat verib. O deyib: "İnsanların dini inancına görə hədəfə alınması Amerika dəyərlərinə ziddir. Bu dəyərlərə hər bir amerikalı ehtiram göstərir".

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Amerikanı sarsıtmış terror aktından sonra müsəlmanlara qarşı hər hansı qanunazidd hərəkət qeydə alınıbmı, sualına cavab olaraq mətbuat katibi deyib: "Müəyyən hədə-qorxulara görә məscidlərin qorunmasına ehtiyac yaranıb. Biz əminik ki, yerli hakimiyyət oqranları bu istiqamətdə öz səylərini artıracaq. Fedaral hökumət də onların ehtiyaclarını ödəmək üçün hər cür yardıma hazırdır və onlar hökumətdən bu yardımı alacaqlar".

Coş Ernest onu da vurğulayıb ki, ABŞ İŞİD və "əl-Qaidə" kimi terrorçu təşkilatlarla müharibə aparır, bu müharibənin nə İslama, nə də dünyanın hər tərəfində yaşayan müsəlmanlara heç bir dəxli yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/388086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR