Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat

Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
12:51 6 Dekabr 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

“Mərkəzi Neftçilər Xəstəxanasında hazırda yanan platformadan gətirilən 8 xəstə müayinə edilir. Onların hamısının vəziyyəti stabildir”.

Bu barədə ANS PRESS-ə xəstəxanadan məlumat veriblər. Məlumata görə, neftçilərin heç birinin həyatı üçün ciddi təhlükə yoxdur:

“Düzdür onlardan heç biri bu gün evə buraxılmayacaq. Buna səbəb onların həkim nəzarəti altında olmalarıdır. Ancaq qarşıdakı günlərdə həkimlərin müsbət diaqnozundan sonra onlar evə buraxıla bilərlər. Xəstələrin yaxınları narahat olmaya bilər, çünki hər birinin vəziyyəti normaldır”.

Xəstəxanadan verilən məlumata görə, bu gün səhər saatlarında xəsarət alan neftçilərə Səhiyyə naziri Oqtay Şirəliyev, daha sonra isə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov baş çəkiblər.

Daha əvvəl Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasına ümumilikdə 31 müraciət olub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. 1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.


Hazırda neftçilər xəstəxanasında olan xəstələrin ad, soyadları və diaqnozları belədir:

Rəcəbov Mərdan - qabırğa sınığı

Məmmədov Allahverdi - bazunun sınığı

Əliyeva Məlahət - bel fəqərəsinin sınığı

Hüseynov Rəşid - kəllə beyin silkələnməsi

Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR