Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər

Meksika və Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər

Medvedev Yıldırımla telefonla danışdı (09 Mart 2017 20:14)
Azərbaycan və Rusiya arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (02 Mart 2017 14:07)
Özbəkistan “TransXəzər” Beynəlxlaq nəqliyyat marşrutuna qoşula bilər (24 Fevral 2017 19:32)

Tarix: 6 Dekabr 2015 12:57

Bakı. 6 dekabr. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini nəqliyyat naziri Ziya Məmmədov ilə görüşüb.
Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə Meksika-Azərbaycan əlaqələrinin inkişafı, həmçinin, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi zəruriyyəti qeyd olundu.
Z.Məmmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verir, nəqliyyat sahəsində əməkdaşlığın intensivləşməsi üçün hüquqi bazanın yaradılmasının vacibliyini vurğuladı.
Səfir Labardini ölkəsinin nəqliyyat sistemindən söhbət edərək Meksikanın bu sahədə olan təcrübəsindən danışdı.
Tərəflər birgə layihələrin mümkün həyata keçirilməsi barədə fikir mübadiləsi aparıb, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair istəklərini ifadə etdilər.

Teqlər:  Meksika Azərbaycan nəqliyyat sahəsində mümkün layihələri müzakirə ediblər



RƏYLƏR


Top xəbərlər