Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Artur Rasizadə SOCAR-da müşavirə keçirdi

Artur Rasizadə SOCAR-da müşavirə keçirdi

Date: 6 December 2015 13:09

 

Dekabrın 6-da Azərbaycanın baş naziri Artur Rasizadə SOCAR-da olub, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib. SOCAR-dan Lent.az-a verilən məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, baş nazirin sualları cavablandırılıb. 

Baş nazir Artur Rasizadə qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib. 


Tags:  Artur Rasizadə SOCAR-da müşavirə keçirdi


RƏYLƏR


Top news