Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə Azərbaycana zəruri dəstəyi verməyə hazırdır – səfirlik

Türkiyə Azərbaycana zəruri dəstəyi verməyə hazırdır – səfirlik

Date: 6 December 2015 13:18

Bakı.- Trend:

Türkiyə Azərbaycana zəruri dəstəyi verməyə hazırdır. Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilib.

Səfirliyin məlumatına əsasən, Türkiyənin, bu çətin günündə hər zaman olduğu kimi Azərbaycan dövlətinin və xalqının yanında olduğu və Azərbaycana zəruri dəstək verməyə hazır olduğu qeyd olunur.

”Şiddətli qasırğanın Xəzər Dənizindəki Günəşli yatağının 10 saylı platformasında qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğına yol açdığını və meydana gələn yanğın nəticəsində həyatını itirən olduğunu dərin kədər hissi ilə öyrəndik.

Yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyirik”, – deyə məlumatda qeyd olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Türkiyə Azərbaycana zəruri dəstəyi verməyə hazırdır səfirlik

RƏYLƏR


Top news