İtaliya polisi eyni anda 100 mafiozu həbs etdi

İtaliya polisi eyni anda 100 mafiozu həbs etdi
13:29 6 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Siciliyada böyük əməliyyat keçirilib

İtaliya polisi bu gün Siciliya mafiyası ilə mübarizə çərçivəsində böyük əməliyyat keçirib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyat nəticəsində eyni zamanda 100 mafioz tutulub.

Həbslər Palermo və Siciliyanın digər şəhərlərində həyata keçirilib. Əməliyyata 1200 karabinyer cəlb edilib. Polis əməkdaşlarını vertolyotlar və xüsusi təlim görən itlər müşayiət edib. Hüquq-mühafizə orqanları bəyanat verərək bildiriblər ki, əməliyyat “Koza Nostra”nın hazırkı rəhbərlərindən biri olan Messina Denaronun həbsi üçün başlanılıb. Denaro 1993-cü ildən axtarışdadır və 2002-ci ildə qiyabi şəkildə onun barəsində ömürlük həbs qərarı çıxarılıb.

“Koza Nostra”nın strukturu son zamanlar ciddi şəkildə dəyişib. Ekspertlər bildirirlər ki, əvvəllər bu, bir nəfərin rəhbərlik etdiyi mərkəzləşdirilmiş təşkilat olub. 2006-cı ildə Bernardo Proventsianonun həbsindən sonra təşkilata 4-7 nəfərdən ibarət “direktorat” rəhbərlik edir. Onlar çox nadir hallarda görüşərək ancaq strateji məsələləri həll edirlər. Daimi həbslər və polis təzyiqi nəticəsində mafiya rəhbərlərinin daxili münaqişələri həll etmək və birgə fəaliyyət qurmaq imkanları məhdudlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR