Davos Forumu Bakıda keçirilə bilər

Davos Forumu Bakıda keçirilə bilər
13:29 6 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

Təşkilatın rəhbərliyi bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır

Dünya İqtisadi Forumunun (Davos) regional sammiti Bakıda keçirilə bilər. Daha doğrusu, sammitin keçirilməsi üçün əsas namizəd ölkələrdən biri Azərbaycandır və çox güman ki, tədbir məhz elə Bakıda reallaşacaq.

Lent.az-ın məlumatına görə, Bakıda səfərdə olan Davos Forumunun icraçı direktoru Börge Brendinin başçılıq etdiyi nümayəndə heyəti Baş nazir Artur Rasizadə ilə görüşüb. Görüşdə əsas müzakirə obyekti qurumun regional sammitinin Bakıda keçirilməsinin mümkünlüyü müzakirə edilib.

Nazirlər Kabinetində faktı təsdiqləyirlər. Hökumətdən Lent.az-a bildiriblər ki, gələn il baş tutacaq regional sammitin Bakıda və ya Tbilisidə keçirilməsi nəzərdə tutulur. Qurumun icraçı direktoru Azərbaycanın baş naziri ilə görüşündə ölkəmizin iqtisadi inkişaf tempinə görə bölgədə lider dövlət olduğunu və bu səbəbdən tədbirin Bakıda keçirilməsinə üstünlük verildiyini deyib.

Xatırladaq ki, Davos Forumunun sammitində beynəlxalq maliyyə böhranının təsirlərinin azaldılması, yeni müstəqillik qazanmış ölkələrin böhrandan mümkün qədər itkisiz çıxmaq imkanları müzakirə olunacaq.

Elxan SALAHOV


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR