Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Seçki Məcəlləsinə dəyişiklik edildi

Seçki Məcəlləsinə dəyişiklik edildi

Date: 6 December 2015 13:29

Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişiklik olunması ilə bağlı qanun layihəsi müzakirə edilib.

APA-nın xəbərinə görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov məlumat verib. Ə. Hüseynov deyib ki, qanuna təklif edilən dəyişiklik texniki xarakterlidir. Dəyişikliyə əsasən, seçki komissiyalarına Mərkəzi Seçki Komissiyasına müraciət etmədən namizədlərlə bağlı məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ verilir.


Deputatlardan İqbal Ağazadə, Pənah Hüseyn və Arzu Səmədbəyli təklifin əleyhinə çıxış ediblər.

Layihə səsə qoyularaq qəbul olunub.


Tags:  Seçki Məcəlləsinə dəyişiklik edildi


RƏYLƏR


Top news