Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Xoşbəxt Yusifzadə: "Baş vermiş hadisə təxribat deyil"

Xoşbəxt Yusifzadə: "Baş vermiş hadisə təxribat deyil"

Date: 6 December 2015 13:52

Baş vermiş hadisənin təxribat versiyasına inanmıram.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında SOCAR-ın vitse prezidenti Xoşbəxt Yusifzadə deyib.

X.Yusifzadə yanğının söndürülməsində hər hansı digər ölkədən kömək istənilməyəcəyini bildirib: "Heç kimdən kömək istəməyəcəyik. Bizim bu yanğını söndürməyə imkanımız çatır. İndi əsas vəzifəmiz itkin düşmüş insanların tapılmasıdır".

Hadisənin təxribat olması ilə bağlı sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirən X.Yüsifzadə bu versiyanın həqiqətə uyğun olmadığını bildirib: "Burada bir təxribat görmürəm. Təxribat olarsa, platformaya nəsə yerləşdirərdilər. Burada kəmər partlayıb. Dalğanın və küləyin gücü qaz kəmərini tərpədib və sındırıb. Hər şey ola bilər, ancaq mən təxribat versiyasına inanmıram".

Milli.Az


Tags:  Xoşbəxt Yusifzadə Baş vermiş hadisə təxribat deyil


RƏYLƏR


Top news