Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Premyer Liqanın oyunlar sükutla başlayacaq

Premyer Liqanın oyunlar sükutla başlayacaq

Date: 6 December 2015 14:04

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub. 

Lent.az-ın Peşəkar Futbol Fiqasının saytına istinadən yaydığı xəbərə görə, bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Qol.Az kollektivi adından qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 30 nəfər isə itkin düşüb.


Tags:  Premyer Liqanın oyunlar sükutla başlayacaq

RƏYLƏR


Top news