Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb

Biləsuvarda baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb

Date: 6 December 2015 14:07

Bakı. 6 dekabr. REPORT. AZ / Biləsuvarda 4 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun 115-ci kilometrliyində Biləsuvar rayonunun Cürəli kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Azpetrol şirkətinə məxsus yanacaq daşıyan qoşqulu yük maşını ilə Biləsuvarın Təzəkənd kənd sakini Mənsur Firudin oğlu Bayramovun idarə etdiyi "Vaz-21015" markalı avtomobillə toqquşub. Nəticədə "Vaz-21015"markali avtomobil ciddi zədələnərək dəmir yığınına çevrilib, yük maşını isə yolun kənarına aşıb.
Hadisə zamanı "Vaz-21015" markalı avtomobildə olan bir rayonun Təzəkənd kənd sakinləri olan bir ailənin 4 üzvü-29 yaşlı Tərlan Bayramov, onun arvadı, 29 yaşlı Günay Bayramova, onların uşaqları, 5 yaşlı Nərmin və 4 yaşlı Səkinə Bayramovalar hadisə yerindəcə keçiniblər. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Tags:  Biləsuvarda baş verən qəzada nəfər ölüb nəfər yaralanıb

RƏYLƏR


Top news