Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bütün teatr və konsert proqramları ləğv edildi

Bütün teatr və konsert proqramları ləğv edildi

Date: 6 December 2015 14:34

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə ölkə ərazisində matəm elan edilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həmçinin, Nizami Kino Mərkəzində də bütün filmlərin yayımı dayandırılıb.

 

Qeyd edək ki, 6 dekabrın matəm günü elan olunması barədə prezidentİlham Əliyev sərəncam imzalayıb.

 

 

`````

 

 

Nizami Kino Mərkəzi bu gün bütün filmlərin nümayişini dayandırdığını bildirib.

 

Mərkəzdən APA-ya daxil olan məlumatda qeyd olunub ki, buna səbəb  “Günəşli” platformasında baş vermiş  faciə ilə əlaqədar ölkədə matəm günü elan olunmasıdır. 


Tags:  Bütün teatr konsert proqramları ləğv edildi

RƏYLƏR


Top news