Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Günəşli" yatağında baş vermiş qəzanın yeni video görüntüləri yayımlanıb

"Günəşli" yatağında baş vermiş qəzanın yeni video görüntüləri yayımlanıb

“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
Stalinin dəfnindən unikal kadrlar - YENİ VİDEO (10 Mart 2017 13:23)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)

Tarix: 6 Dekabr 2015 14:52

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəzanın video görüntüləri yayımlanıb.
"Report"un məlumatına görə, görüntülər SOCAR-da bu gün keçirilən mətbuat konfransında nümayiş etdirilib.
Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.
Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilib.

Teqlər:  Günəşli yatağında baş vermiş qəzanın yeni video görüntüləri yayımlanıb



RƏYLƏR


Top xəbərlər